“Bakı”nın legioneri bir həftəlik sıradan çıxıb
16.09.2010 - 08:54
“Bakı”nın legioneri bir həftəlik sıradan çıxıb
“Bakı” klubu Junior Osvaldonun xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi qarşıdakı bir həftə ərzində komandasına kömək edə bilməyəcək. Buna braziliyalı legionerin zədələnməsi səbəb olub. Belə ki, Junior Unibank Premyer Liqasının V turunun “Gəncə” ilə qarşılaşmasında əlindən xəsarət alıb. Həkimlərin rəyinə görə braziliyalı ən yaxşı halda bir həftəyə məşqlərdə iştirak edə biləcək.

Qeyd edək ki, bu yay “Xəzər Lənkəran”dan “Bakı”ya keçən Osvaldo yeni komandasına 3 oyunun 196 dəqiqəsi ərzində kömək edib. Bu müddətdə cənubi amerikalı 2 sarlı vərəqə ilə “fərqlənib”.