“Beşiktaş” qələbə ilə başladı, ispaniyalılar isə şokdadır
17.09.2010 - 01:24
UEFA Çempionlar Liqasının ardınca Avroliqada da qrup mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, 12 qrupda 48 komandanın iştirakı ilə keçirilən turnirdə artıq ilk turun oyunları arxada qalib.
İştirakçıların yarısı digərləri ilə müqayisədə təxminən iki saat tez meydana çıxıblar. Bu qarşılaşmalarda bəzi maraqlı nəticələr qeydə alınıb. Azərbaycan çempionu “İnter”i yalnız penaltilər seriyasında məğlub edən Polşa “Lex”i səfərdə adlı-sanlı “Yuventus”a uduzmayıb. İtaliyadakı matçda hətta iki top fərqi ilə önə də keçən qonaqların hücumçusu Rudnevs het-trik müəllifi olmağı da bacarıb.
Ən böyük sensasiya Yunanıstanda qeydə alınıb. O qədər də tanınmayan “Aris” Avroliqa və Superkubokun son qalibi “Atletiko”nu xalsız yola salıb. İtaliyanın “Palermo” klubunun Çexiyadakı, İspaniya “Vilyarreal”ının isə Xorvatiyadakı məğlubiyyətləri də gözlənilməz sayılır. Daha bir het-trik isə Almaniyada gerçəkləşib. Helmes “Bayer”in “Rusenborq”u darmadağın etməsində əsas qəhrəman olub.
Çempionlar Liqasında gücünü bütün qitəyə göstərən ispaniyalıların Avroliqadakı uğursuzluğu “Atletiko” və “Vilyareal”la bitmədi. Belə ki, öz meydanında uduzan Sevilya“ da bu ənənəni davam etdirdi. İspanların nüfuzunu qorumağı bacaran “Xetafe”nin heyətində isə Arizmendi fərqlənib. O, əvvəl öz, sonra rəqib qapısına qol vurmaqla diqqət çəkib. İspaniya təmsilçiləri kimi italiyalılar ad ilk turda uğursuz çıxış edib “Yuventus”, “Napoli” və “Sampdoriya”nın hərəyə 1 xal qazandığı gündə “Palermo” məğlubiyyətlə barışıb.
Ukraynanın “Metallist” klubunun səfərdə 5:0 hesabı ilə qalib gəlməsi, Rusiya “Zenit”ində çıxış edən Kerjakovun da het-trik etməsi də günə “damğasını vurdu”. Ümumiyyətlə Rusiya klubları MOİK və “Zenit”in səfərdən 3 qollu qələbə ilə dönməsi diqqət çəkir.
Ukraynada keçirilən “Karpatı” – “Borussiya” görüşünə isə ölkəmizdə də müəyyən maraq var idi. Çünki meydan sahibləri Türkiyənin “Qalatasaray”, qonaqlar isə Ağdamın “Qarabağ” klubunu mübarizədən kənarlaşdırmışdı. Almanlar məhsuldar keçən görüşdə çətin qələbə qazana biliblər – 4:3.
Türkiyənin Avroliqadakı yeganə təmsilçisi isə öz ölkəsinin nüfuzunu layiqincə qoruya bilib. İstanbulun qitə arenasındakı təsəllisi olan “Beşiktaş” son dəqiqədə vurulan qolla yarışa qələbə ilə başlayıb.
Avroliqa, qrup mərhələsi
I tur
16 sentyabr
A qrupu
22:00. “Zalsburq” (Avstriya) – “Mançester Siti” (İngiltərə) – 0:2
Silva, 8, Jo, 63
22:00. “Yuventus” (İtaliya) – “Lex” (Polşa) – 3:3
Kyellini, 45, 50, Del Pyero, 68 – Rudnevs, 14-pen., 30, 90
B qrupu
22:00. “Aris” (Yunanıstan) – “Atletiko” (İspaniya) – 1:0
Xavito, 59
22:00. “Bayer” (Almaniya) – “Rusenborq” (Norveç) – 4:0
Helmes, 4, 58, 61, Reynarts, 38
C qrupu
22:00. “Lill” (Fransa) – “Sportinq” (Portuqaliya) 1:2
Frau, 57 – Vukçeviç, 11, Poştiqa, 34
22:00. “Levski” (Bolqarıstan) – “Gent” (Belçika) – 3:2
Koazinyo, 42, Q.Dembele, 60, Qrin, 84 – Azofeyfa, 23, Suler, 48
D qrupu
22:00. “Dinamo” (Xorvatiya) – “Vilyarreal” (İspaniya) – 2:0
Rukavina. 18, Sammir, 80
22:00. “Brügge” (Belçika) – PAOK (Yunanıstan) – 1:1
Koumaha, 61 – Mzlesaş, 78
E qrupu
22:00. “Alkmaar” (Hollandiya) – “Şerif” (Moldova) – 2:1
Qudmundsson, 14, Jalien, 83 – Moreno, 68-öz qapısına
22:00. “Dinamo” (Ukrayna) – BATE (Belarus) – 2:2
Milevski, 34, Yeryomenko, 44 – Rodionov, 3, Nexayçik, 54
F qrupu
22:00. “Sparta” (Çexiya) – “Palermo” (İtaliya) – 3:2
Boni, 17, Kladrubski, 68, Kadlets, 75 – Makkarone. 38, Ernandes, 83
22:00. “Lozanna” (İsveçrə) – MOİK (Rusiya) – 0:3
Lav, 2, 80-pen, İqnaşeviç, 68
G qrupu
00:05. “Anderlext” (Belçika) – “Zenit” (Rusiya) – 1:3
Suares, 65 – Kerjakov, 8, 33, 44
00:05. AEK (Yunanıstan) – “Hayduk” (Xorvatiya) – 3:1
Cebbur, 13, liberopulos, 65, Skokko, 89 – İbriçiç, 29-pen.
H qrupu
00:05. “Ştutqart” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) – 3:0
Kakau, 24-pen., Gentner, 59, Taşçı, 90
00:05. “Xetafe” (İspaniya) – “Odense” (Danimarka) – 2:1
Arizmendi, 51, Rios, 82 – Arizmendi, 43-öz qapısına
I qrupu
00:05. “Debretsen” (Macarıstan) – “Metallist” (Ukayna) – 0:5
Edmar, 24, 74, Xavyer, 34, Fininyo, 77, Valyayev, 89
00:05. PSV (Hollandiya) – “Sampdoriya” (İtaliya) – 1:1
Dzudjak, 90 – Kaççiatorre, 24
J qrupu
00:05. “Karpatı” (Ukrayna) – “Borussiya” (Almaniya) – 3:4
Qolodyuk, 44, Kopovalets, 52, Kojanov, 78 – Nuri Şahin, 12-pen., Gotze, 27, 90, Barrios, 87
00:05. “Sevilya” (İspaniya) – PSJ (Fransa) – 0:1
Nene, 75
K qrupu
00:05. “Napoli” (İtaliya) – “Utrext” (Hollandiya) – 0:0
00:05. “Liverpul” (İngiltərə) – “Styaua” (Rumıniya) – 4:1
Koul, 1, Nqoq, 56, 90, Lukas, 81 – Tanase, 13
L qrupu
00:05. “Beşiktaş” (Portuqaliya) – MOİK (Bolqarıstan) – 1:0
Ernst, 90
00:05. “Porto” (Portuqaliya) – “Rapid” (Avstriya) – 3:0
Rolando, 26, Falkao, 65, Mikael, 77

0
0