Türklər Azərbaycan yığmasına həsəd aparırlar
17.09.2010 - 09:40
Futzal üzrə Türkiyə yığmasının baş məşqçisi Ömər Kaner ölkələrində futzal klublarının olmamasından şikayətlənib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis komanda yaratmaq üçün Azərbaycanı nümunə göstərib.
O bildirib ki, Azərbaycanda futzal sevilən və çox populyar idman növü olduğu üçün yüksəliş dövründədir: “Dünyada futzal sevilir. İdmanın bu növü bir sıra ölkələrdə gözəl vəziyyətdədir. Məsələn, İspaniya, İtaliya, Braziliya, Azərbaycan və İranın çox güclü komandaları var. Avropa liqalarında yüksək məbləğə transfer olunan futzalçılar var. Biz də bunlardan nümunə götürməliyik. Əgər böyük klublarımız basketbol və voleybol üzrə komandalar yaratdıqları kimi futzala da diqqət yetirsələr, daha uğurlu nəticələr əldə edə bilərlər”.
Qeyd edək ki, Azərbaycan və Türkiyə milli komandaları bir neçə dəfə qarşılaşıblar və hamısında qələbəni həmyerlilərimiz bayram ediblər.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0