Valeri Qazzayev Kiyev “Dinamo”sunun baş məşqçisi postundan istefa verir
17.09.2010 - 10:02
Valeri Qazzayev Kiyevin “Dinamo” klubunun baş məşqçi postundan gedir. Apasport.az saytının məlumatına görə, təcrübəli rusiyalı mütəxəssis Avroliqanın qrup mərhələsinin I turunda evdə Belarus BATE-si ilə 2:2 hesablı bərabərlikdən sonra istefa verməyi qərara alıb.
Bu haqda futbolçulara məlumat verən Qazzayev uğursuzluqda əsas günahı özündə görür: “Danışmaq çətindir. Mən mətbuat konfransına ona görə yubandım ki, paltardəyişmə otağında futbolçularla söhbət edirdim. Əlbəttə, nəticə bizi heç qane etmədi. Elə ikinci hissədə oyun da. Hər şey çox pisdir. Əgər belədirsə, bir nəfər günahkardır - baş məşqçi”.
“Dinamo”nun serbiyalı legioneri Miloş Ninkoviçin sözlərinə görə, Qazzayev artıq paltardəyişmə otağında onlara getmək fikrində olduğunu deyib: “Hamıya çətindir, axı biz uzun müddət bir yerdə işləmişik. Ümid edirəm ki, Qazzayev hələ sabaha kimi düşünəcək. O qışqırmırdı. Sakitcə dedi ki, daha işləmək istəmir, alınmır”.
Klubun prezidenti İqor Surkis bu gün Qazzayevlə görüşərək, onu fikrindən daşındırmağa çalışacaq.
Qeyd edək ki, Kiyev “Dinamo”su Çempionlar Liqasının son təsnifat mərhələsində Hollandiyanın “Ayaks” klubuna uduzaraq, qrup mərhələsinə düşmədi. Komanda ölkə çempionatında son çempion “Şaxtyor”dan 2 xal geri qalır.

0
0