“O, çox böyük futbolçu idi, məşqçilik qabiliyyətinə gəlincə...”
17.09.2010 - 10:37
Bakının “İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadze klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, son ölkə çempionunun gürcü çalışdırıcısı Unibank Premyer Liqasının VI turunun “Qəbələ” ilə səfər oyunu, matça hazırlıq və heyətlə bağlı fikirlərini açıqlayıb.
- “Qəbələ” ilə oyuna hazırlıq necə keçir?
- Çox yaxşı. Uşaqlar əla hazırlaşırlar. Qələbə qazandığımız son oyundan sonra komanda yaxşı əhval-ruhiyyədədir.
- Fiziki hazırlığı necə qiymətləndirirsiniz? Milli komandalarından qayıtmış futbolçular bir qədər yorğun idilər...
- Həkimlərimiz yaxşı çalışırlar, uşaqlar çoxdan bərpa olunublar. Artıq “Qarabağ”la oyunda biz fiziki hazırlıq baxımdan əla görünürdük. Bunda bizim mövsümlərarası təlim-toplanışlarının da böyük rolu var. Bu, həm də bizim bərpa prosedurlarımızın keyfiyyətindən xəbər verir.
- Bəs zədəli futbolçularla bağlı vəziyyət necədir?
- Vladimir Levin sağalmayıb, Nizami Hacıyev hələ də zədəlidir. Aleksandr Çertoqanovun oyunda iştirakı hələ sual altındadır. Zədə ilə bağlı problemlərimiz qalır.
- “Qəbələ”yə Toni Adams rəhbərlik edir. O, kifayət qədər maraqlı şəxsdir...
- Toni Adamsla hələ meydanda tanış olmuşam. Bu, milli komandaların toplanışı çərçivəsində baş vermişdi, o zaman biz İngiltərəyə qarşı oynayırdıq. O, çox böyük futbolçu idi. Qaldı ki, onun məşqçilik qabiliyyətinə, komandası hələ ki formalaşır. “Qəbələ” ötən tur özünün ilk qələbəsini qazandı. Bizim üçün çox çətin olacaq, özü də səfərdə oynayacağıq.

0
0