Rəşad Sadıqovun “Əskişəhərspor”da geyinəcəyi forma dəqiqləşdi
17.09.2010 - 10:50
Türkiyənin “Əskişəhərspor” komandasına transfer olunan Rəşad Sadıqovun yeni klubunda geyinəcəyi formanın nömrəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, milli komandamızın kapitanı Əskişəhər təmsilçisinin heyətində sevimli 14 rəqəminin əksi - 41 nömrəli futbolkanı geyinəcək.
Son illər yığmada və Azərbaycan klublarında çıxış etdiyi 14 nömrəli formanı geyinə bilməməsinə səbəb Rodriqo Tellonun bu nömrə altında oynaması olub. Belə ki, çilili futbolçu doğum gününə görə bu rəqəmli formada meydana çıxır.
Qeyd edək ki, Rəşad Sadıqov “Kocaelispor”da çıxış etdiyi vaxtda da 14 nömrə altında çıxış edən başqa futbolçu olduğundan 1 nömrəli formanı seçmişdi.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0