“Əskişəhərspor”un legionerləri: Rəşad, hələ ki biz oynayacağıq
17.09.2010 - 10:56
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun Türkiyənin “Əskişəhərspor” klubunda debütü bu həftə də baş tutmaya bilər. Apasport.az saytının məlumatına görə, türkiyəli həmkarlarımız Əskişəhər təmsilçisinin Superliqanın növbəti turu çərçivəsində “Sivasspor”la sabahkı oyunda müdafiəsinin mərkəzində futbolçumuzu görmür. Onların fikrincə, “Əskişəhərspor”un müdafiəsi etibarlıdır və Sivasda Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşdə müdafiənin mərkəzində bosniyalı Safet Nadareviçlə xorvatiyalı Luka Vuçko yer alacaq: “Məşqdən sonra “Əskişəhərspor”un müdafiəsinin mərkəzində oynayan Nadareviçlə Vuçko hazırlığı izləyən tərəfdarlara güvəndiklərini işarə etdilər. Nadareviçin bağışlanması ilə bu cütlüyün heyətdə yer alması gözlənilir”.
Qeyd edək ki, “Əskişəhərspor”un baş məşqçisi Rza Çalımbay müdafiənin mərkəzində problemlərinin olduğunu və Rəşadı böyük ümidlə transfer etdiklərini bildirib. Sadəcə, təcrübəli mütəxəssis Sadıqova yeni komandasına uyğunlaşmaq üçün bir qədər vaxt verməyi daha məqsədəuyğun sayıb.

0
0