Modriç ən titullu klubumuzun oyunlarında
17.09.2010 - 12:22
Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin qarşılaşmalarına təyinat alan hakimlərin adları məlum olub. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu “Araz”ın mübarizə aparacağı 3-cü qrupun oyunlarını idarə edəcək 4 referinin də adları açıqlanıb. Bunlar Luka Giacomin (İtaliya), Maryan Markoski (Makedoniya), İviça Modriç (Xorvatiya) və rusiyalı İvan Şabanovdur. Dörd əcnəbi hakimlə yanaşı UEFA nümayəndələri İstvan Huszar (Macarıstan) və Stefan Tivold (Sloveniya) da “Araz”ın oyunlarında iştirak edəcək.
Qeyd edək ki, ən titullu futzal klubumuz Rumıniyada keçirilən qrupdakı ilk oyununda “Sportinq Finqal” (İrlandiya), ertəsi “Nikars” (Latviya) klubu ilə görüşəcək. Müvafiq olaraq sentyabrın 28 və 29-da keçiriləcək qarşılaşmaların hər ikisi Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oktyabrın 1-də “Tırqu Mureş”lə (Rumıniya) oyunun start fiti isə 21:15–də veriləcək.
Mənbə: affa.az

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0