Ramal Hüseynov: Bu dəfə meydanda müharibə gedəcək
17.09.2010 - 17:22
“Turan” autsayder deyil. Onların turnir cədvəlinin aşağı pilləsində məskunlaşması heç kimi aldatmasın. Ancaq 3 xal biz alacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun futbolçusu Ramal Hüseynov deyib.
Sabah “Qərb derbisi”ndə “Turan”ı qəbul edəcək “Gəncə” heç-heçələr seriyasına son qoymaq niyyətindədir. Hər iki komandanın daimi gərginliyi ilə seçilən “duel”i bu dəfə fərqli olacaq. Çünki əksər birincilikdə həm “Turan”, həm də “Gəncə” iddialı olduğu halda, indi hər ikisi əvvəlki günlərinin həsrətini çətir.
Bir vaxtlar “Turan”ın formasını geyinmiş futbolçulardan olan Ramal bu dəfə rəqibin heyətində meydana çıxacaq. Tovuz təmsilçisinə simpatiya bəsləyən Hüseynov meydanda buna imkan verməyəcəyini deyib: “Turan”a böyük hörmətim var. Ancaq oyun oyundur. Futbolda simpatiya olmur. Hörmət meydandan kənarda olur. Bu dəfə meydanda müharibə gedəcək”.
“Gəncə”nin oyuna tam hazır olduğunu deyən U-21-in sabiq kapitanı ötən tur paytaxtdakı heç-heçəyə görə hələ də təəssüflənir: “Komandada vəziyyət yaxşıdır. İndi zəif komanda yoxdur. “Turan”la görüşə də “Neftçi”, “Xəzər Lənkəran” kimi komandalarla oyuna olduğu kimi hazırlaşırıq. “Bakı” ilə oyunda qələbə qazanmalı idik. 3 xalı əldən verdiyimizə görə üzülürəm. Həmin gün şanssız olduq”.

0
0