Baş Prokurorluq Premyer Liqa oyununu araşdırır
17.09.2010 - 17:41
Rusiya Federasiyasının Baş Prokurorluğu ölkə çempionatının qarşılaşmalarında baş verən “oyunlarla” bağlı araşdırmalara başlamağa qərar verib. Apasport.az saytının məlumatına görə, Moskva vilayəti, həmçinin Xabarovsk və Perm vilayətlərinin hüquq-mühafizə orqanlarına göndərilən müraciətdə araşdırmaların başlanılması tələb olunur. Buna Dövlət Dumasının deputatı İqor Lebedevin təşəbbüsü səbəb olub. Məhz o, futbolda baş verən “maraqlı matçlar”ın araşdırılmasını istəyib. Prokurorluq isə artıq məsələyə nəzarəti ələ alıb.
Lebedev hələ sentyabrın əvvəlində danışılmış xarakteri daşıdığı ehtimal olunan iki görüşün araşdırılmasını tələb etmişdi. O, Premyer Liqanın “Amkar” - “Rostov” və birinci divizionda keçirilən “OİK-Enerji” - “Volqa” (Nijni Novqorod) matçlarından şübhələnirdi. Sonuncu görüş Peşəkar Futbol Liqası tərəfindən tərtib olunan və araşdırma üçün Rusiya Futbol İttifaqının etika komitəsinə təqdim olunan oyunların siyahısında da yer almışdı.
Bundan başqa, Lebedev Ermənistan yığmasının qapıçısı Roman Berezovskinin məsələsinin də araşdırılmasını istəyib. Yayılan xəbərlərə görə, futbol agenti Sergey Panovun almaq istədiyi bu qapıçı “Volqar-Qazprom”la qarşılaşmanın taleyini həll etməli imiş.

0
0