İngiltərənin “Everton” klubunun nümayəndələri Bakıya gəlir
17.09.2010 - 23:01
İngiltərənin “Everton” klubunun nümayəndələri Bakıya gəlir
Bakının "Neftçi" komandasının futbolçusu Araz Abdullayevi transfer etməkdə israrlı olan İngiltərə "Everton" klubunun nümayəndələri sabah Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, Britaniya təmsilçisinin nümayəndəsi və bu komandada transfer məsələsi ilə məşğul olan menecer Bakıya gələrək, "Neftçi" rəhbərliyi ilə görüşəcək.

Tərəflər oyunçunun keçidi ilə bağlı şərtlərini müzakirə edərək ortaq məxrəc tapmağa çalışacaqlar. İngilislər ilkin şərtləri “Neftçi”yə göndərsə də, bakılıların prezidenti Sadıq Sadıqovun tapşırığı əsasında Abdullayevin mənafeyi nəzərə alınaraq, müqaviləyə müəyyən şərtlər əlavə olunub.

"Everton" nümayəndələri ilə görüşdə "Neftçi" rəhbərliyi müqavilənin detallarını müzakirə edəcək, öz şərtlərini irəli sürəcək. Əgər müzakirələr uğurla nəticələnərsə, yaxın vaxtlarda "Everton" rəhbərliyi paytaxtımıza səfər edərək, Araz Abdullayevin İngiltərə klubuna keçidi ilə bağlı rəsmi müqaviləyə imza atacaq.