Sevindiyindən qapıçını da tapdaladı
17.09.2010 - 23:14
Fransa futbolunun ulduzlarından olan Tyerri Anri növbəti dəfə xoşagəlməz hadisənin qəhrəmanına çevrilib. Apasport.az saytının məlumatına görə, ABŞ-ın “Nyu York Red Bulls” klubunda çıxış edən hücumçu sevindiyindən rəqibini zədələyib. Bu, onun komandasının “Dallas”la oyununda baş verib.
Sonda 2:2 hesabı ilə nəticələnən görüşdə Mehdi Balluşinin vurduğu qol “Dallas”ın qapıçısı Kevin Hartman üçün ikiqat ağrılı olub. Qol buraxması bir yana, üstəlik onun sağ dizinin bağı da xəsarət alıb.
Mehdinin qoluna sevinən Anri topa güclü zərbə endirmək həvəsinə düşüb. Tordakı topa doğru sürətlə hərəkət edən fransalı Hartmanla toqquşub və onun zədələnməsinə səbəb olub. Anri əvəzlənməyə məcbur olan qapıçıdan üzr istəməklə günahını yumağa çalışıb.
Qeyd edək ki, bu il keçirilən dünya çempionatının seçmə mərhələsinin ötən il İrlandiya ilə baş tutan pley-off mərhələsində əllə oynamaqla komandasına qələbə qazandıran Anri həmin xoşagəlməz hadisədən sonra antiqəhrəman kimi tanınırdı.

0
0