Qəbələdə ilk qələbə! Ruis “Neftçi”yə şok yaşatdı
25.09.2010 - 19:50
Bu gün baş tutan 3 oyunla Unibank Premyer Liqasında VII tur start götürüb. Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşü Lənkəranda keçirilib.
Şəhər stadionunda prinsipial rəqiblər “Xəzər Lənkəran” “Neftçi”ni qəbul edib ki, bu komandalar arasında 2004-cü ildən başlanan qarşılaşmalar derbi sayılır. FİFA hakimi Vüsal Əliyevin idarə etdiyi oyunda qapılara cəmi 1 top vurulub. Matçın sonlarında Ruisin başla vurduğu qol meydan sahiblərinə vacib qələbə qazandırıb. Bu qələbə ilə “Xəzər Lənkəran” turnir cədvəlində bakılıları qabaqlayaraqŞ birinci pilləyə yüksəlib.
Baş tutan digər 2 oyunda da meydan sahibləri 3 xala sevinib. Salyanda yerli “Muğan” autsayder “Simurq”u üstələyib – 1:0. “Qəbələ” isə öz meydanında ilk qələbəsini qazanıb. Ağdamın “Qarabağ” klubunu məğlub edən qəbələlilərin heyətində Barton hesabı açıb. Mili komandamızın sabiq futbolçusu Branimir Subaşiç isə yeni komandasının heyətində ilk qolunu vurub.
Tura sabah keçiriləcək 3 görüşlə yekun vurulacaq. AZAL-ın “Şəfa”da növbəti qələbəsini qazanmaq şansı böyükdür. MOİK mövsümə inamla başlasa da, “Neftçi” və “Xəzər Lənkəran”la oyunlarda böyük hesablı məğlubiyyət yaşadı. Bu iki görüşdə qapısından 7 cavabsız top keçirən “hərbçilər” aşkar enişdədir. Ardıcıl beş dəfə 1:1 hesablı bərabərlikdən sonra ilk məğlubiyyətini “Qarabağ”dan alan “Gəncə”ni yenə çətin sınaq gözləyir. Hər halda, rəqib son ölkə çempionu “İnter”dir və ilk qələbə arzusunu gerçəkləşdirmək asan olmayacaq. Paytaxt təmsilçisi Lənkərndakı oyunun nəticəsindən asılı olaraq ikinci pilləyə də yüksələ bilər. Uğursuzluq zolağında olan “Bakı”, nəhayət “Turan”la ev oyununda buna son qoymalıdır. Əvvəla, rəqib hələ ki qələbə qazanmayan autsayderdir. Bundan əlavə, son ölkə kubokunun növbəti həftədən güclü rəqiblə oyunlar seriyası başlayır. Yəni “Bakı”nın ilk dövrədə “Xəzər Lənkəran”, “Neftçi”, “İnter” və “Qarabağ”la çətin oyunları qalıb.
25 sentyabr
“Muğan” – “Simurq” - 1:0
QOL: Angel Qutyerez, 17
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Azad Q. Hüseynov, Hacıəli Ağayev
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
“Qəbələ” – “Qarabağ” - 2:1
QOLLAR: Deon Barton, 58; Branimir Subaşiç, 71 - Emin İmaməliyev, 83
Hakimlər: Əfqan Həmzəyev, Eldar Nağıbəyov, Elşən Acalov, Ceyhun Haşımov
Qəbələ. Şəhər stadionun ehtiyat meydançası
“Xəzər Lənkəran” – “Neftçi” - 1:0
QOL: Dieqo Ruis, 89
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Mehman Mahmudov, Əmrah İbrahimov
Lənkəran. Şəhər mərkəzi stadionu
26 sentyabr
17:00. AZAL – MOİK
Hakimlər: Ramil Diniyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov
Bakı. “Şəfa” stadionu
17:00. “Gəncə” – “İnter”
Hakimlər: Elnur Muradov, Azər Əsgərov, Elşən Durmuşov, Fuad Həsənov
Gəncə. Şəhər stadionu
20:00. “Bakı” – “Turan”
Hakimlər: Rövşən Əhmədov, Aydın Ələkbərov, Aleksandr Musatkin, Feyzulla Feyzullayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
1 "Xəzər Lənkəran" 7 5 2 0 8-0 17
2 "Neftçi" 7 5 1 1 14-2 16
3 "İnter" 6 4 1 1 6-2 13
4 AZAL 6 3 2 1 7-5 11
5 "Muğan" 7 2 3 2 6-6 9
6 "Qarabağ" 6 2 2 2 6-4 8
7 "Qəbələ" 7 2 1 4 4-7 7
8 "Bakı" 5 1 2 2 6-7 5
9 "Gəncə" 6 0 5 1 5-8 5
10 MOİK 6 1 1 4 3-11 4
11 "Turan" 6 0 3 3 4-9 3
12 "Simurq" 7 0 3 4 5-13 3
Bombardir: Bahodir Nasimov (“Neftçi”) – 9.

0
0