“Bosman” AFFA prezidentinə müraciət etdi
24.09.2010 - 23:06
Bu gün Unibank Premyer Liqasının VII turu çərçivəsində baş tutacaq “Xəzər Lənkəran” - “Neftçi” matçı ilə əlaqədar cənub təmsilçisinin azarkeşləri AFFA prezidenti Rövnəq Abdullayevə müraciət ünvanlayıblar. “Bosman” azarkeş qrupundan apasport.az saytına verilən məlumata görə, müraciətdə adı çəkilən komandalar arasındakı qarşılaşmaların gərgin keçdiyi və bu səbəbdən xoşagəlməz hadisələrin qeydə alındığı bildirilir: “Çempionatda iştirak edən klublar arasında keçirilən matçlar səviyyə və maraq baxımından xeyli yüksəlsə də, hələlik cəmi bir matç "Böyük oyun” kimi həm media, həm futbol ictimaiyyəti və həm də azarkeşlər tərəfindən qəbul olunur. Bu matçın hər iki iştirakçısı olan komandalar, "Xəzər Lənkəran” və "Neftçi” Azərbaycan futbolu tarixində özünəməxsusluğu ilə seçilir. Bu komandalar arasında keçirilən bütün matçlar öz idmana xas olan gərginliyi ilə yadda qalır. Bəzən isə bu gərginlik, xoşa gəlməyən nəticələrlə də yadda qalmış və futbolsevərlərin üzüntüsünə gətirib çıxarmışdır. 2009/2010 futbol mövsümünün 25-ci turu çərçivəsində, 27 mart 2010-cu il tarixində bu komandalar arasında Lənkəranda keçirilmiş matçda bəzi xoşagəlməyən halları buna misal göstərmək olar. "Xəzər Lənkəran” azarkeşləri olaraq, biz belə halları pisləyir və bundan sonra da buna bənzər halların baş verməməsini arzulayırıq”.
Sonda qeyd olunur ki, həmin matçda baş verənlərlə bağlı baş hakimin, matçın təşkili və keçirilməsinə məsul şəxslərin cəzalandırılması, AFFA prezidentinin obyektiv imicinizi daha da möhkəmləndirdi: “Məhz bu obyektivliyinizi əsas götürərək, bu il sentyabrın 25-də Lənkəran şəhərində bu komandalar arasında keçiriləcək matçı öz nəzarətinizdə saxlayaraq, hər hansı meydandankənar amillərin bu oyuna müdaxiləsinin qarşısını alacağınıza əminlik ifadə edirik və matçın sağlam idman mübarizəsi şəraitində keçəcəyinə inanırıq”.

0
0