Milli komandanın yarımmüdafiəçisi qəhrəmanlıq etdi
25.09.2010 - 09:42
Milli komandanın yarımmüdafiəçisi qəhrəmanlıq etdi
Hollandiya milli komandasının futbolçusu Uesli Sneyder qəhrəmanlıq edib. Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” klubunda çıxış edən yarımmüdafiəçi yol-nəqliyyat hadisəsindən zərər çəkən qadına kömək edib. Milanın küçələrindən birində öz avtomobili ilə hərəkət edən futbolçu qəzanın canlı şahidi olub. Baş verənləri izlədikdə özünü itirməyən hollandiyalı dərhal təcili tibbi yardım çağıraraq özünü xəsarət alan xanıma yetirib. Onlar gələnədək isə zərərçəkənə mənəvi dəstək verməklə ona kömək edib.

Qeyd edək ki, Sneyder yayda keçirilən dünya çempionatının gümüş mükafatçısıdır.
0