Məşhur məşqçi çempionatdakı xal “bağışlama”dan danışdı
25.09.2010 - 10:52
Məşhur məşqçi çempionatdakı xal “bağışlama”dan danışdı
Dünyanın ən güclü məşqçilərindən biri olan Joze Mourinyo uöğurları ilə yanaşı qalmaqallarından da qalmır. Apasport.az saytının məlumatına görə, çalışdığı İngiltərə və İtaliyada əldə etdiyi çempionluqlara şok açıqlamaları ilə rəng qatan mütəxəssis İspaniya mətbuatında da ilginc açıqlamaları ilə diqqət çəkir. “Real” klubunun çalışdırıcısı indi də “Barselona”nın “bostanına daş atır”.

Mourinyo bəzi klubların Kataloniya təmsilçisinə “işlədiyini” iddia edir: “Əgər İspaniyada “Barselona”ya xal bağışlayan komandalar varsa, onda bizim çempion titulunu qazanmağımız çox çətin olacaq. Bu səbəbdən də özümüz-özümüzə sula verib. Cavabını tapmalıyıq ki, çempionatın qalibi olmaq üçün nə qədər xal yığmalıyıq. Bəzi komandalar “Barselona” ilə matça ikinci heyəti buraxırlarsa bunu onsuz da xal qazanmaq şanslarının olmamağı ilə izah edirlər. Belə hallar çox təkrarlanarsa bizim üçün asan olmayacaq”.