Blatter: Bu ənənə Azərbaycanda da davam etdiriləcək
25.09.2010 - 11:13
“Mən futbola bütün dünya qadınlarına azadlıq gətirən qüvvə kimi baxıram”. Apasort.az saytının məlumatına görə, bu sözləri FİFA-nın prezidenti Yozef Blatter deyib. 17 yaşadək qızlar arasında dünya çempionatının Trinidad və Tobaqoda keçirilən final mərhələsinin həlledici oyunu ərəfəsində mətbuat konfransı keçirən assosiasiya rəhbəri qadın futbolu haqda fikirlərini açıqlayıb.
Blatter futbolun xanımlar üçün sadəcə oyun olmadığını bildirib və 2012-ci ildə ölkəmizdə təşkil olunacaq mundiala da toxunub: “17 yaşadək qızlar arasında növbəti dünya çempionatı Azərbaycanda təşkil olunacaq. Qadın futbolunun bütün dünyada inkişaf etdirilməsi ənənəsi orada da davam etdiriləcək. Məncə, futbol bütün dünya qadınlarına azadlıq bəxş edə bilər. Çünki bu, sadəcə oyun deyil, daha artıqdır. Mən hələ 1995-ci ildə demişəm ki, qadın futbolunun gələcəyi var və buna indi də inanıram”.
Qeyd edək ki, dünya çempionatının bu gün keçiriləcək final oyununda Asiya təmsilçiləri – Yaponiya və Cənubi Koreya qarşılaşacaqlar. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

0
0