Udan narazı, uduzan razı! - FOTO
25.09.2010 - 19:37
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Onlar bu qələbəyə layiq idi”. apasport.az saytının xəbərinə görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Makedoniyalı mütəxəssisin komandası Unibank Premyer Liqasının VII turunda Salyanda yerli “Muğan”a uduzdu. Oyundan sonra keçirilən mətbuat konfransında Hacıyevski məğlub olmalarının səbəblərini açıqlayıb: “İlk hissənin əvvəlindən etibarən məğlub duruma düşdük, həmçinin Rasim Ramaldanov da qırmızı vərəqə aldı. Komandamın oyunundan narazı qala bilmərəm. Heyətdə elə futbolçu yoxdur ki, oyunu öz üzərinə götürsün, komandanı ardınca aparsın. Çalışacağıq ki, ruhdan düşməyək və qarşıdakı oyunlara daha yaxşı hazırlaşaq”.
“Muğan”ın baş məşqçisi Almir Hurtiç isə bildirib ki, qalib gəldikləri üçün sevinir: “Lakin komandanın oyunundan çox narazı qaldım. Bundan öncə güclü komandalarla qarşılaşdıq və çox yaxşı oynadıq. Bugünkü oyunla qalib gələ bildiyimiz üçün şadam”.

0
0