Arif Əsədov: Məğlubiyyəti faciəyə çevirmirik
25.09.2010 - 20:28
“Çətin oyun oldu və bu cür görüşlərin taleyini 1 qol həll edir”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Paytaxt təmsilçisi Unibank Premyer Liqasının cari mövsümündə ilk məğlubiyyətini aldı. Komanda VII turu çərçivəsində Lənkəranda yerli “Xəzər Lənkəran”a uduzdu. Oyundan sonra keçirilən mətbuat konfransında Əsədov bildirib ki, məğlubiyyəti faciəyə çevirmək fikrində deyil: “Oyun öncəsi Mirhüseyin Seyidov xəstələndiyindən meydana buraxa bilmədik. Bu məğlubiyyəti faciəyə çevirmirik. Qarşıda bizi uzun marafon gözləyir.
“Xəzər Lənkəran”ın standart vəziyyətlərdən yaxşı istifadə etdiyini bilirdik. Oyun ərzində yerli yersiz standartlar vəziyyətlər oldu və rəqib bundan yararlanıb, qapımıza qol vurdu”.
Qeyd edək ki, “Xəzər Lənkəran” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0