Azərbaycan yığması Portuqaliyada sensasion qələbəni əldən verdi - YENİLƏNİB
11.10.2010 - 20:51
Azərbaycan yığması Portuqaliyada sensasion qələbəni  əldən verdi - YENİLƏNİB
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Portuqaliyanın Parşal şəhərində baş tutan görüşdə komandamız meydan sahibləri ilə qarşılaşıb.

Yığmamız seçmə mərhələyə qələbə ilə başlamağa yaxın olub. İlk yarıda Mirhüseyn Seyidov, ikinci hissənin əvvəlində isə Tural İsgəndərovun qolları ilə komandamız hesabda önə çıxıb. Amma futbolçularımız bu üstünlüyü sonadək qoruya bilməyiblər. Meydan sahibləri buraxılan qolların əvəzini çıxaraq, sensasiyaya imkan verməyiblər.

PORTUQALİYA – AZƏRBAYCAN - 2:2
QOLLAR: Ruben Pinto, 78; Bruma, 87 - Mirhüseyin Seyidov, 28; Tural İsgəndərov, 48
Baş hakim: Tom-Harald Haqen (Norveç)
Parşal. Munisipial Bela Vista stadionu
AZƏRBAYCAN: 1. Andrey Popoviç, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 6. Abdulla Abatsiyev, 8. Yasin Yaqubzadə, 9. Tural İsgəndərov, 10. Amit Quluzadə, 16. Hacı Əhmədov, 19. Mirhüseyn Seyidov (k), 21. Elnur Abdulov, 22. Emin Mehtiyev