Rəşad Sadıqov: Həm qəhrəman, həm antiqəhrəman
11.10.2010 - 17:14
Sabah Azərbaycan və Türkiyə yığmaları tarixlərində 6-cı dəfə üz-üzə gələcək. Apasport.az saytının hesablamalarına görə, indiyədək keçirilən 5 oyunun 4-də rəqib qalib gəlib, 1 görüş heç-heçə bitib (topların fərqi 1:8-dir). “Ay-ulduzlular” yığmamızın 4-cü dəfə qonağı olacaq ki, sabahkı oyunla rəsmi və yoldaşlıq görüşlərinin sayı bərabərləşəcək (hərəsində 3 oyun).
Türkiyə ilə ilk oyun futbol tariximizə düşüb. Belə ki, 14 il öncəki həmin görüş yığmamızın vətəndə keçirdiyi ilk oyundur. Millimiz bundan əvvəl Avro-96-nın seçmə mərhələsində iştirak etsə də, ölkədəki vəziyyətin qeyri-sabit olmadığını əsas gətirən UEFA ev oyunlarımızı Bakıda keçirməyə icazə vermədi. Nəticədə həmin seçmə mərhələdə rəqiblərimizi elə Türkiyədə, Trabzon şəhərində qəbul etməli olduq. Bakıdakı yoldaşlıq görüşünə ikinci heyəti göndərən “ay-ulduzlular” bizi debütdə məğlubiyyətlə barışdırdılar.
Azərbaycanla Türkiyə yığmalarının ikinci görüşündə də məkan və hesab eyni oldu. Yəni bu dəfə də Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesabı ilə uduzduq. Fərq ondadır ki, bu, artıq yoldaşlıq görüşü yox, rəsmi oyun idi. Bu dəfə güclü heyətlə ölkəmizə gələn türklərə qələbəni məşhur hücumçu Hakan Şükür vurduğu yeganə qolla qazandırdı. “Bakı”nın sabiq baş məşqçisi Bülənt Korkmazın da oynadığı həmin görüşdə futbolçular arasında qarşıdurma yaranmış, xoşagəlməz hadisələr baş vermişdi.
Yığmamızın Türkiyədəki ilk oyunu isə böyük söz-söhbətlərə səbəb oldu. Belə ki, “Beşiktaş”ın bazasında 10 gün hazırlıq keçən yığmamızın qardaş ölkənin təmsilçisinə ciddi müqavimət göstərməyərək, bütün gücünü 4 gün sonra Slovakiya ilə ev oyununa qoyacağı deyilirdi. Proqnozlar özünü doğrultdu və millimiz özündən güclü Slovakiya üzərində qazandığı gözlənilməz qələbə ilə rəqibi büdrətdi və Türkiyənin qrupda 2-ci yerlə dünya çempionatına çıxmaq şansını yüksəltdi.
Maraqlıdır ki, “ay-ulduzlular” tarixinin ən böyük uğuruna həmin vaxt mundialda bürünc medal qazanmaqla nail oldu. Hakanın yenə yığmamıza qol vurduğu görüşdə sonradan çempionatımızda oynayan Oktay Dərəlioğlu da fərqləndi. “Xəzər Lənkəran”ın debüt mövsümündə (2004/05) oynayan təcrübəli hücumçu ona doğma “İsmət İnönü” stadionunda Cahangir Həsənzadənin qapısına yol tapdı.
Türkiyə ilə 4-cü görüş zamanı futbolumuzda ciddi dəyişiklik baş vermişdi. Yəni AFFA-nın prezidenti artıq Fuad Musayev yox, Ramiz Mirzəyev idi. Həmin vaxt yığmanın baş məşqçi postuna gətirilən Şahin Diniyev heyətdə köklü islahatlar aparmışdı. Gəncləşdirmə siyasətini yürüdən çalışdırıcı bir sıra təcrübəli futbolçuları yığmadan kənarlaşdırdı, əsasən debütantlara güvəndi. Türkiyə millisinin baş məşqçisi qismində yığmamıza qarşı ən çox çıxan Terim yenə əvəzedici komanda ilə Bakıya gəldi. “Ay-ulduzlular”a uduzmadığımız, qol vurduğumuz yeganə oyun həmin vaxt olub. Yığmamızın kapitanı Rəşad Sadıqovun penalti zərbəsindən vurduğu qolla hesabı açsa da, üstünlüyü sona kimi qoruya bilmədik. “Qalatasaray”da çıxışı ilə tanınan hücumçu Hasan Kabze türkləri uduzmağa qoymadı.
Nəhayət, “ay-ulduzlular”a son görüşümüz yeni açılan, Rəşadın vaxtilə oynadığı Kayseri şəhərindəki “Kadir Has” stadionunda olur. Sadıqov bu oyuna da öz damğasını vurur. Ancaq bu dəfə qəhrəmandan antiqəhrəmana çevrilir. Sadıqov Semih Şəntürkə qarşı kobudluğu ilə həm qapımıza təyin edilən penaltiyə səbəbkar olur, həm də qırmızı vərəqə alaraq, komandamızı azlıqda qoyur. Düzdür, qapıçımız Fərhad Vəliyev Semihin 11 metrlik cərimə zərbəsini dəf etməklə, hesabın açılmasına imkan vermir. Ancaq rəqib çətin vəziyyətdə qalan yığmamızın müqavimətini sona 20 dəqiqə qalmış qırmağa müvəffəq olur. Fasilədən dərhal sonra meydana çıxan hücumçu Xəlil Altıntop, bundan 5 dəqiqə sonra İbrahim Üzülməz qapımıza yol tapır. “Beşiktaş”ın kapitanı olan Üzülməz artıq yığmaya çağırılmır ki, təcrübəli son cinah müdafiəçisi buna görə narazıdır. Xəlil isə Almaniya yığması ilə uğursuz səfər oyunundan sonra millinin heyətində Bakıya gəlmək istəməsə də, onu fikrindən daşındırmağa müvəffəq olurlar. Ancaq baş məşqçi Qus Hiddink Respublika stadionundakı oyunda hücumda ona yox, məhz Semihə yer vermək fikrindədir.
Yeri gəlmişkən, Rəşad yığmamızın heyətində türklərə ən çox tanış olan futbolçudur. İndiyə kimi bu ölkənin Superliqasında üç müxtəlif vaxtda oynayan müdafiəçi “Kayserispor” və “Kocaelispor” klublarından sonra “Əskişəhərspor”da çıxış edir.
Yığmamızın Türkiyə ilə görüşlərində digər maraqlı məqam ondadır ki, qollar yalnız bir hissədə vurulur. “Ay-ulduzlular” Bakıda 1:0 hesabı ilə qalib gəldikləri qələbə topunu fasilədən sonra vurmağa müvəffəq olur, İstanbulda yığmamıza hər üç qolu ilk hissədə vurub. Son iki görüşdə isə hər iki qol ikinci hissəyə təsadüf edib. Göründüyü kimi, azarkeşlər Azərbaycanla Türkiyənin oyunlarında daha çox ikinci yarıda qol görürlər. Maraqlıdır, bütün bu tendensiyalar davam edəcəkmi? Sabahı gözləyək....
Azərbaycan və Türkiyə yığmaları arasında keçirilən oyunlar
9 aprel 1996-cı il
Yoldaşlıq görüşü
Azərbaycan – Türkiyə - 0:1 (0:0)
Qol: Rahim, 48
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçilər: Kazbek Tuayev və Fatih Terim
11 oktyabr 2000-ci il
2002-ci il dünya çempionatının seçmə mərhələ oyunu
Azərbaycan – Türkiyə - 0:1 (0:0)
Qol: Hakan Şükür, 72

Baş məşqçilər: İqor Ponomaryov və Şenol Günəş
2 iyun 2001-ci il

Türkiyə - Azərbaycan - 3:0 (3:0)
Qollar: Tayfun Korkut, 2 (1:0), Oktay Dərəlioğlu, 29 (2:0), Hakan Şükür, 33 (3:0)
İstanbul. "İsmət İnönü" stadionu
Baş məşqçilər: Şenol Günəş və İqor Ponomaryov
12 aprel 2006-cı il
Yoldaşlıq görüşü
Azərbaycan - Türkiyə - 1:1 (0:0)
Qollar: Rəşad Sadıqov, 65-p (1:0), Hasan Kabze, 79 (1:1)

Baş məşqçilər: Şahin Diniyev və Fatih Terim
2 iyun 2009-cu il
Yoldaşlıq görüşü
Türkiyə - Azərbaycan - 2:0 (0:0)
Qollar: Xəlil Altıntop, 70 (1:0), İbrahim Üzülməz, 75 (2:0)
Qırmızı vərəqə: Rəşad Sadıqov, 51
52-ci dəqiqədə Semih Şəntürk penalti zərbəsindən istifadə edə bilməyib (qapıçı)
Kayseri. “Kadir Has” stadionu
Baş məşqçilər: Fatih Terim və Berti Foqts
Mehman SÜLEYMANOV

0
0