TFF prezidenti qalmaqal istəmir
11.10.2010 - 18:55
TFF prezidenti qalmaqal istəmir
Avro-2008-in seçmə mərhələsində Azərbaycan yığması ilə oyun öncəsi Türkiyə millisi Tofiq Bəhramov adına Respublika stadionunda açıq məşqə çıxıb. Apasport.az saytının məlumatına görə, hazırlığın ilk 15 dəqiqəsini KİV nümayəndələri ilə birgə 600-ə yaxın azarkeş izləyib. Onlar futbolçuların adlarını bir-bir çəkərək salamlayıblar.

Məşqi izləyənlər arasında Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmud Özgənər də olub. O, sabah keçiriləcək oyunda 2 qardaş ölkənin futbolçularının qarşılaşacağını bildirib: “Sabah 2 qardaş ölkənin yığmaları qarşılaşacaqlar. Tamaşaçılar hər iki komandaya azarkeşlik edəcəklər. Oyun isə asan keçməyəcək. Hər görüşün öz çətinliyi var. Almaniyada da qələbə qazanmaq istəyirdik. Lakin alınmadı. Planlarımıza görə, 4 oyunu 4 qələbə ilə başa vurmaq arzusunda idik. Ümid edirəm ki, sabah dostcasına matç olacaq və 10 il öncəki kimi tribunalarda qarışıqlıq düşməyəcək. Futbolçularımız da meydana rahat çıxacaqlar”.