Souza: Azərbaycan millisi yaxşı komandadır
11.10.2010 - 23:59
Souza: Azərbaycan millisi yaxşı komandadır
“Oyuna yaxşı başlamadıq və nəticədə 2 qol buraxdıq. İmkanlarımız çox olsa da, qələbə qazana bilmədik”. Apasport.az saytının xəbərinə görə, bunu 19 yaşadək futbolçulardan ibarət Portuqaliya yığmasının baş məşqçisi Helio Souza deyib.

Portuqaliya yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində birinci oyununda milli komandamızla qarşılaşıb. 2:2 hesabı ilə başa çatan oyundan sonra Souza yığmamız haqda müsbət fikir səsləndirib: “Zəif rəqib olmur. Məğlub olmaqdansa, heç-heçə yaxşıdır. Azərbaycan yığması yaxşı komandadır. Qapıçının oyununu xüsusi qeyd etməliyəm”.