Yığmamızın baş məşqçisi: Topu özümüzdə saxlaya bilmədik
12.10.2010 - 00:04
Yığmamızın baş məşqçisi: Topu özümüzdə saxlaya bilmədik
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə oyundan sonra Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippert fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, almaniyalı çalışdırıcı əldən çıxan qələbəni futbolçuların tez-tez top itirməsi ilə əlaqələndirib: “Matçın ilk 20 dəqiqəsində rəqibə oynamaq imkanı vermədik və 2 qol vurduq. Fasilədən sonra topu özümüzdə saxlaya bilmədik. Belə demək mümkünsə, rəqibin arxasınca qaçmalı olduq və nəticədə xeyli güc itirdik. Son 15 dəqiqə isə tam olaraq Portuqaliya yığmasının üstünlüyü ilə keçdi”.

Qeyd edək ki, yığmamız Portuqaliya ilə oyunda 2:0 hesabı ilə öndə olsa da, sonda qələbəni əldən verib – 2:2.