Braziliyalıların qələbə yürüşü davam edir
12.10.2010 - 09:06
Braziliyalıların qələbə yürüşü davam edir
Milli komandaların iştirakı ilə yoldaşlıq oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Braziliya yığması növbəti qələbəsini qazanıb.

Bir neçə gün əvvəl İranı 3:0 hesabı ilə məğlub edən pentakampeonlar bu dəfə Ukraynaya güclərini göstəriblər – 2:0. Asiyalılarla oyunda qol sevinci yaşayan Danni Alveş və Aleşandro Pato yenə fərqləniblər. Mərkəzi Amerika komandalarının duelində isə Yamayka yığması Trinidad və Tobaqoya bir cavabsız qol vurub.

Braziliya – Ukrayna – 2:0
Danni Alveş, 25, Aleşandro Pato, 64

Yamayka – Trinidad və Tobaqo – 1:0
Riçards, 19