Portuqaliya mətbuatı Bernard Lippertin strategiyasını təriflədi
12.10.2010 - 09:46
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Portuqaliya mətbuatının diqqətini cəlb edib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinin bu ölkədə təşkil olunan oyunlarında meydan sahibləri ilə heç-heçə edən (2:2) Bernard Lippertin yetirmələri pireneyli jurnalistləri təəccübləndirib.
Həmkarlarımız oyunun gedişində 2:0 hesabı ilə öndə olan yığmamızı tərifə layiq biliblər: “Qonaq komandanın effektli hücum futbolu göstərməyinin acısını Portuqaliya yığması çəkdi. Planlı şəkildə hücum strategiyası quran qonaqlar komandamız üçün ciddi çətinliklər yaratmağa müvəffəq oldu. Onlar meydan sahiblərinin erkən qol vurmaq arzusunda gözündə qoydular. Belə ki, millimiz ilk yarıda cəmi iki dəfə ciddi hücum təşkil edə bildi”.
Həmkarlarımız hesabı açan Mirhüseyn Seyidovun ustalığına da biganə qalmayıblar: “Görüşün 28-ci dəqiqəsində Azərbaycan yığmasının kapitanı Mirhüseyn Seyidov fərqləndi. O, dönərək qapıya effektli zərbə vurmaqla, müasir futbol üslubunda qol müəllifi oldu”.

0
0