“Xəzər Lənkəran” üçün 45500 tamaşaçı
12.10.2010 - 10:40
“Xəzər Lənkəran” Unibank Premyer Liqasının cari mövsümündə azarkeş sayına görə liderliyinə qoruyur. Apasport.az saytının məlumatına görə, cari çempionatda ən çox azarkeş gələn oyunların siyahısında ilk 4 görüş bu komandanın iştirakı ilədir.
Özü də bunların hamısı Lənkəranda olub. “Xəzər Lənkəran”ın son çempion “İnter”lə görüşünə 13500 tamaşaçı gəlib ki, bu da cari mövsümün rekordudur. “Neftçi” ilə derbi oyunu daha böyük maraq kəsb etsə də, son turda “Bakı” ilə görüşə bundan çox azarkeş gəlməsi diqqət çəkir.
Siyahıda son üç oyun da paytaxtda yox, əyalətdə olub. Bu, 4 illik fasilədən sonra milli çempionata qayıdan Gəncə şəhəri ilə bağlıdır. Gəncənin eyni adlı komandasının ev oyunlarına ən çox 5000 min nəfər gəlib ki, bu da 2-ci göstəricidir.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın öz stadionunda keçirdiyi 4 oyunu 45 min 500 tamaşaçı izləyib. Mövsümün baş tutan 47 oyununda 105 min 230 nəfər stadionlardan matçları izləyib. Bu isə o deməkdir ki, Premyer Liqa azarkeşlərinin 43,2 faizi Lənkəranda keçirilən görüşləri seyr edib.
2010/11 mövsümündə Unibank Premyer Liqasının ən çox tamaşaçı toplayan 7 oyunu
Mənbə: lankaranfc.com

Yer | Tarix | Tur | Meydan sahibi | Qonaqlar | Hesab | Tamaşaçı |
1 | 21.08.2010 | 3-cü | “Xəzər Lənkəran” | “İnter” | 0:0 | 13500 |
2 | 02.10.2010 | 8-ci | “Xəzər Lənkəran” | “Bakı” | 1:1 | 12000 |
3 | 25.09.2010 | 7-ci | “Xəzər Lənkəran” | “Neftçi” | 1:0 | 11000 |
4 | 07.08.2010 | 1-ci | “Xəzər Lənkəran” | “Qəbələ” | 1:0 | 9000 |
5-7 | 07.08.2010 | 1-ci | “Gəncə” | “Simurq” | 1:1 | 5000 |
| 21.08.2010 | 3-cü | “Gəncə” | AZAL | 1:1 | 5000 |
| 26.09.2010 | 7-ci | “Gəncə” | “İnter” | 1:0 | 500 |
Mənbə: lankaranfc.com
0
0