Azərbaycanla oyunda da soyunacaq? - FOTO
12.10.2010 - 11:07
Azərbaycanla oyunda da soyunacaq? - FOTO
Çernoqoriya yığmasının futbolçusu Mirko Vuçiniç növbəti dəfə meydanda soyunmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, hücumçu İngiltərə millisinə qələbə qolunu vuracağı halda idman tumanını əynindən çıxararaq başına keçirəcəyini açıqlayıb. İlk dəfə İsveçrə ilə 4 gün əvvəlki oyunda belə hərəkət edən Vuçiniç bildirib ki, qol sevincini bu üslubda qeyd edir.

Qeyd edək ki, keçirdiyi hər 3 qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Çernoqoriya yığması noyabrın 17-də baş tutacaq qarşılaşmada Azərbaycan millisi ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Yəqin ki, Mirko yığmamızla oyunda da qol vurarsa, eyni hərəkəti etmiş olacaq.