AFFA I divizion klublarını cəzalandırdı
12.10.2010 - 12:10
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan çempionatının I divizionunun VI turunda baş verənlər müzakirə olunub.
“Karvan” – “Şuşa” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qonaqlar 100 manat cərimə olunub. “Neftçi” İSM – “Göyəzən” oyununda hər iki komanda cəzalanıb. Qonaqlar 4 futbolçusu sarı vərəqə aldığı, meydan sahibləri isə yanğınsöndürmə maşın olmadığı üçün eyni məbləğdə - 100 manat ödəyəcək.
“Energetik” – “Sumqayıt” matçının 62-ci dəqiqəsində qırmızı vərəqə almaqla meydan sahiblərini azlıqda qoyan Zamir Cəlilov 1 oyunluq cəzalanıb, klub isə 20 manat cərimə olunub. Matçın 90+1-ci dəqiqəsində onun komanda yoldaşı Elvin Mədətov meydandan qovulduğu üçün eyni cəzaya layiq görülüb. “Ədliyyə” ilə qarşılaşmada 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Bakılı” və “Abşeron”la görüşdə 4 üzvünə xəbərdarlıq edilən “MKT Araz” klubları hərəyə 100 manat xərcə düşüb.
Mənbə: pfl.az

0
0