“Azərbaycan yığmasının özünə xas oyun anlayışı yoxdur”
12.10.2010 - 13:02
“Azərbaycan yığmasına qarşı dünya çempionatının seçmə mərhələsində oynadığımız iki görüşü yaxşı xatırlayıram. Hər şey yaxşı başladı, amma sonra mənə həyatımın ən zor anlarını yaşatdılar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə futbolunun əfsanəvi Hakan Şükür deyib.
“Qalatasaray”ın və yığmanın liderlərindən olmuş veteran hücumçu ölkəmizə 10 il öncə gəlib. Həmin vaxt Türkiyə millisi Tofiq Bəhramov adına Respublika stadionunda yığmamıza məhz Hakanın vurduğu yeganə qolla qalib gəlmişdi. Meydanda düşən dava-dalaş zamanı da Şükür diqqət mərkəzində idi: “Azərbaycan yığmasının özünə xas oyun anlayışı yoxdur. Onlar sadəcə, bizim oyunumuzu pozmaq üçün çalışdılar. Bunun üçün də həddən artıq sərtliyə əl atdılar. Matçdan sonra bütün komanda zərbə almış kimi idi. Milli komandamız eyni problemi yenə yaşayacaq. Çünki azərilərin belə bir futbol anlayışı var”.

0
0