Ən yaxşı “qoca” - Françesko Totti
12.10.2010 - 13:13
29 yaşından yuxarı futbolçular üçün təsis olunan “Qızıl ayaq” mükafatının sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Monako şahzadəsi II Alber mükafatı İtaliyanın “Roma” klubunun hücumçusu Françesko Tottiyə təqdim edib. 155686 nəfərin qatıldığı sorğuda italiyalı futbolçu 25738 səs toplayıb. O, ən yaxın izləyiciləri ispaniyalı Raul (23693) və ingiltərəli Devid Bekhemi (15049) arxada qoyub.
0
0