Yığmamızın yubiley oyunu
12.10.2010 - 23:00
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək. Apasport.az saytının məlumatına görə, Yunanıstanla Portuqaliyada baş tutacaq qarşılaşma Bernard Lippertin yetirmələri üçün əlamətdar olacaq.
Belə ki, tarixində 17-ci dəfə qitə birinciliklərinə qatılan millimiz özünün yubiley – 50-ci görüşündə qüvvəsini sınayacaq. İndiyədək baş tutan 49 qarşılaşmada futbolçularımız 10 qələbə qazanıb, 7 heç-heçə edib və 32 dəfə meydanı xalsız tərk ediblər. Bu görüşlərdə komandamız 40 qol vurub, 116 dəfə qapısında top görüb.
Qeyd edək ki, 1994/95 mövsümündə qitə arenasına çıxan yığmamız 7 il U-18 kimi, 2001/02 mövsümündən sonra isə U-19 kimi yarışlara qatılıb. Komandamız 18 yaşlılar arasında 16 oyunda 3 qələbə və 13 məğlubiyyət qarşılığında top fərqində çox geridədir – 8:41. Son 10 turnirdə isə 33 matç keçirən millimiz 7 qələbə və 7 heç-heçəyə sevinərək, 19 dəfə uduzub. Bu matçlardakı top fərqi 32:75-dir.

- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
0
0