Bülənt Uyğun problemlə üzləşdi
12.10.2010 - 14:36
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” klubunun yeni baş məşqçisi Bülənt Uyğun problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcının mövsümün gedişində “Bucaspor”dan ayrılıb, başqa klubla razılaşması Türkiyə Futbol Federasiyasının (TFF) iradına tuş gəlib.
Qurum Uyğunun müqaviləsi olduğu halda, onu birtərəfli ləğv edib, “Əskişəhərspor”la anlaşma imzalamasını idman prinsiplərinə zidd sayır. TFF-nin fikrincə, futbol ictimaiyyətindəki bütün şəxslər futbolun dəyərini qorumaq məcburiyyətindir. Bütün bunları nəzərə alan TFF Etika Komitəsinə Uyğun və “Əskişəhərpsor” haqda lazımı araşdırma aparılmağı tapşırıb.

0
0