TFF prezidenti Qus Hiddinkin qazancını açıqladı
12.10.2010 - 15:29
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmut Özgener milli komandanın baş məşqçisi Qus Hiddinkin qazancını açıqlayıb. Apasport.az saytının məlumatına görə, yığmanın Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla oyunu ilə əlaqədar Bakıya gələn Özgener hollandiyalı mütəxəssisin məvacibinin mükafatları nəzərə almadan 4 milyon avro olduğunu bildirib.
“Ay-ulduzlu” komanda ötən cümə almanlarla səfər görüşündə böyük hesabla uduzmaqla (0:3) fiaskoya uğradı. Qardaş ölkə təmsilçiləri bunda əsas günahkar məhz Hiddinki sayır. Türkiyə parlamenti isə Hiddinkin onların ölkəsini biabır etməsi müqabilində nə qədər maaş almasını aydınlaşdırmaq üçün TFF prezidentindən hesabat tələb edib. Ancaq çoxları Özgenerin açıqladığı məbləğin doğru olmadığını düşünür.
Belə ki, Türkiyə mətbuatında hollandiyalı mütəxəssisin hətta Rusiyada işlədiyindən çox, 8 milyon avro aldığını yazır. Hiddink Rusiya yığmasında olduğu kimi, “ay-ulduzlular”la da Bakıda xal itirərsə, özünə qarşı təzyiqləri daha artıracaq.

0
0