Rumıniyadan Azərbaycanadək
12.10.2010 - 16:24
Rumıniyadan Azərbaycanadək
Avro-2012-nin seçmə mərhələsində yığmamızın rəqibi Türkiyə milli komandası oktyabrda 74-cü oyununa Bakıda çıxacaq. Apasport.az saytının məlumatına görə, qarşılaşacağımız “ay-ulduzlu”lar bu ayda baş tutan 73 oyundan 27-sini qələbə ilə başa vurduqları halda, 28-də məğlub olublar. 18 qarşılaşmada isə heç-heçə qeydə alınıb.

Azərbaycanla oyuna təsadüf edən oktyabrın 12-sini isə Türkiyə futbolçuları üçün uğurlu saymaq olar. Onlar bu tarixdə 6 (4 rəsmi, 2 yoldaşlıq) görüş keçiriblər və onlardan 3-də qələbə qazanıblar. Digər 2 matçda isə meydandan sülhlə ayrılan rəqib cəmi 1 dəfə məğlubiyyətlə barışıb.

Bundan əlavə, oktyabrda “ay-ulduzlular” böyük hesabla qalib gəlməyi və uduzmağı da “sevirlər”. Onlar 4 rəqibinin - İslandiya, Lixtenşteyn, Malta və Moldovanın qapısından 5 cavabsız top keçirdikləri halda, İngiltərə yığmasına böyük hesablı məğlubiyyətin acısını da bu ayda yaşayıblar. Hələ də futbolun yaradıcılarının qapısına yol tapa bilməyən “ay-ulduzlular” 1987-ci il oktyabrın 14-də qapılarında 8 qol görüblər.

Qeyd edək ki, oktyabrda 73 görüşdə (47 rəsmi, 26 yoldaşlıq görüşü) rəqib qapısından 90 qol keçirən qonşu ölkənin komandası öz qapısında 110 top görüb.

Türkiyə yığmasının oktyabrda keçirdiyi oyunlar

26 oktyabr 1923 TÜRKİYƏ - Rumıniya 2:2 YO
2 oktyabr 1925 TÜRKİYƏ - Rumıniya 1:2 YO
14 oktyabr 1927 TÜRKİYƏ - Bolqarıstan 3:1 YO
2 oktyabr 1931 Yuqoslaviya - TÜRKİYƏ 0:2 YO
28 oktyabr 1951 İsrail - TÜRKİYƏ 5:1 YO
17 oktyabr 1954 Yuqoslaviya - TÜRKİYƏ 5:1 YO
6 oktyabr 1957 İspanya - TÜRKİYƏ 3:0 YO
26 oktyabr 1958 Belçika - TÜRKİYƏ 1:1 YO
8 oktyabr 1961 Rumıniya - TÜRKİYƏ 4:0 YO
18 oktyabr 1961 TÜRKİYƏ – Cənubi Koreya 1:0 YO
29 oktyabr 1961 TÜRKİYƏ - Norveç 2:1 Rəsmi
10 oktyabr 1962 TÜRKİYƏ - Misir 3:0 YO
9 oktyabr 1963 TÜRKİYƏ - Rumıniya 0:0 YO
9 oktyabr 1965 TÜRKİYƏ - Çexoslovakiya 0:6 Rəsmi
23 oktyabr 1965 TÜRKİYƏ - Rumıniya 2:1 Rəsmi
12 oktyabr 1966 TÜRKİYƏ - AFR 0:2 YO
16 oktyabr 1966 SSRİ - TÜRKİYƏ 0:2 YO
9 oktyabr 1968 TÜRKİYƏ - Bolqarıstan 0:2 YO
23 oktyabr 1968 Cənubi İrlandiya - TÜRKİYƏ 4:1 Rəsmi
15 oktyabr 1969 SSRİ - TÜRKİYƏ 3:0 Rəsmi
17 oktyabr 1970 AFR - TÜRKİYƏ 1:1 Rəsmi
4 oktyabr 1972 Əlcəzair - TÜRKİYƏ 1 : 0 YO
22 oktyabr 1972 Lüksemburq - TÜRKİYƏ 2:0 Rəsmi
17 oktyabr 1973 TÜRKİYƏ - İspaniya 0:0 YO
12 oktyabr 1975 Rumıniya - TÜRKİYƏ 2:2 YO
29 oktyabr 1975 İrlandiya - TÜRKİYƏ 4:0 Rəsmi
13 oktyabr 1976 TÜRKİYƏ - İrlandiya 3:3 YO
31 oktyabr 1976 TÜRKİYƏ - Malta 4:0 Rəsmi
30 oktyabr 1977 TÜRKİYƏ - Avstriya 0:1 Rəsmi
5 oktyabr 1978 TÜRKİYƏ - SSRİ 0:2 YO
28 oktyabr 1979 Malta - TÜRKİYƏ 1:2 Rəsmi
1 oktyabr 1980 TÜRKİYƏ - Liviya 1:2 YO
3 oktyabr 1980 TÜRKİYƏ – Səudiyyə Ərəbistanı 3:0 YO
5 oktyabr 1980 TÜRKİYƏ - Malaziya 3:0 YO
15 oktyabr 1980 Uels - TÜRKİYƏ 4:0 Rəsmi
7 oktyabr 1981 TÜRKİYƏ - SSRİ 0:3 Rəsmi
27 oktyabr 1982 TÜRKİYƏ - Albaniya 1:0 Rəsmi
12 oktyabr 1983 TÜRKİYƏ – Cənubi İrlandiya 1:0 Rəsmi
26 oktyabr 1983 AFR - TÜRKİYƏ 5:1 Rəsmi
16 oktyabr 1984 TÜRKİYƏ - Bolqarıstan 0:0 YO
31 oktyabr 1984 TÜRKİYƏ - Finlandiya 1:2 Rəsmi
29 oktyabr 1986 Yugoslaviya - TÜRKİYƏ 4:0 Rəsmi
14 oktyabr 1987 İngiltərə - TÜRKİYƏ 8:0 Rəsmi
12 oktyabr 1988 TÜRKİYƏ - İslandiya 1:1 Rəsmi
25 oktyabr 1989 TÜRKİYƏ - Avstriya 3:0 Rəsmi
17 oktyabr 1990 İrlandiya - TÜRKİYƏ 5:0 Rəsmi
16 oktyabr 1991 İngiltərə - TÜRKİYƏ 1:0 Rəsmi
28 oktyabr 1992 TÜRKİYƏ – San-Marino 4:1 Rəsmi
27 oktyabr 1993 TÜRKİYƏ - Polşa 2:1 Rəsmi
12 oktyabr 1994 TÜRKİYƏ - İslandiya 5:0 Rəsmi
4 oktyabr 1995 Finlandiya - TÜRKİYƏ 0:0 YO
11 oktyabr 1995 İslandiya - TÜRKİYƏ 0:0 Rəsmi
9 oktyabr 1996 Fransa - TÜRKİYƏ 4:0 YO
11 oktyabr 1997 Hollandiya - TÜRKİYƏ 0:0 Rəsmi
10 oktyabr 1998 TÜRKİYƏ - Almaniya 1:0 Rəsmi
14 oktyabr 1998 TÜRKİYƏ - Finlandiya 1:3 Rəsmi
9 oktyabr 1999 Almaniya - TÜRKİYƏ 0:0 Rəsmi
7 oktyabr 2000 İsveç - TÜRKİYƏ 1:1 Rəsmi
11 oktyabr 2000 Azərbaycan - TÜRKİYƏ 0:1 Rəsmi
6 oktyabr 2001 Moldova - TÜRKİYƏ 0:3 Rəsmi
12 oktyabr 2002 Makedoniya - TÜRKİYƏ 1:2 Rəsmi
16 oktyabr 2002 TÜRKİYƏ - Lixtenişteyn 5:0 Rəsmi
11 oktyabr 2003 TÜRKİYƏ – İngiltərə 0:0 Rəsmi
9 oktyabr 2004 TÜRKİYƏ - Qazaxıstan 4:0 Rəsmi
13 oktyabr 2004 Danimarka - TÜRKİYƏ 1:1 Rəsmi
7 oktyabr 2006 Macarıstan - TÜRKİYƏ 0:1 Rəsmi
11 oktyabr 2006 TÜRKİYƏ - Moldova 5:0 Rəsmi
13 oktyabr 2007 Moldova - TÜRKİYƏ 1:1 Rəsmi
11 oktyabr 2008 TÜRKİYƏ – Bosniya və Hersoqovina 2:1 Rəsmi
15 oktyabr 2008 Estonya - TÜRKİYƏ 0:0 Rəsmi
10 oktyabr 2009 Belçika - TÜRKİYƏ 2:0 Rəsmi
14 oktyabr 2009 TÜRKİYƏ – Ermənistan 2:0 Rəsmi
8 oktyabr 2010 Almaniya - TÜRKİYƏ 3:0 Rəsmi
12 oktyabr: Azərbaycan – TÜRKİYƏ ?:?

Qeyd: Rəsmi – dünya və Avropa çempionatlarındakı görüşləri, YO – yoldaşlıq oyunlarıdır.