Rəşad Sadıqovun imzaladığı müqavilənin qiyməti açıqlandı
13.10.2010 - 09:30
Avro-2012-nin seçmə mərhələsində Türkiyəyə qalib gələn Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov qonşu ölkənin mətbuatının diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, türkiyəli həmkarlarımız həmyerlimizi yığmamızın ən bahalı oyunçusu olduğunu yazmaqla yanaşı, onu “ay-ulduzlular”ın ən ucuz futbolçusundan üstün tutublar.
Ən maraqlı məqam isə Rəşadın qardaş ölkədə qazancı ilə bağlıdır. Belə ki, transfer qiyməti 750 min avro göstərilən 28 yaşlı futbolçumuzun azad agent kimi gəldiyi “Əskişəhərspor”da illik dəyəri 500 min dollar olan müqaviləyə imza atdığı bildirilir.
Türklər Sadıqovun ora ilk gəlişi zamanı, “Kayserispor”dan ayrılıb vətənə döndükdən sonra transferi baş tutmadığına görə bir müddət basketbol oynadığını da qeyd etməyi unutmayıblar. Türkiyədə “Kocaelispor”da da oynamış Rəşadın bu iki yığmanın 2006-cı il aprelin 12-də Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə də qolumuzun müəllifi olması göstərilib.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0