Rekordlardan doymayan mütəxəssis
13.10.2010 - 14:06
Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyəyə qarşı keçirdiyi görüş rekordlarla zəngin olub. Apasport.az saytının məlumatına görə, yığmamızın almaniyalı çalışdırıcısı Berti Foqts daha 4 rekorda adını yazdırıb. O, indi 3 yeni rekord müəyyənləşdirməklə yanaşı, daha bir göstəricidə ən yüksək nəticəyə şərikdir.
Foqts millimizlə seçmə oyunlarında 1-dən artıq (yəni iki) qələbə qazanan ilk futbol mütəxəssisidir. İndiyədək o, hərəyə 1 uğuru olan 6 məşqçidən biri idi.
Foqts Azərbaycan yığmasının baş məşqçisi kimi seçmə mərhələlərdə hamıdan çox xal toplayıb. Almaniyalı indiyədək İqor Ponomaryov və Şahin Diniyevlə eyni sayda 5 xal toplamışdısa, artıq onları 3 xal geridə qoyub.
Komandamız hansısa çalışdırıcının rəhbərliyi altında seçmə mərhələlərdə 5-dən çox qol vurmamışdı. Rəşad Sadıqovun Türkiyə yığmasının qapısından keçirdiyi top almaniyalının baş məşqçiliyi dövründə qeydə alınan 6-cı qol idi. Bunadək Foqts, Əsgər Abdullayev, Şahin Diniyev və Əhməd Ələsgərov hərəyə 5 qola sevinmişdilər.
Türkiyə ilə görüş, həm də Foqtsun rəhbərliyi altında keçirdiyimiz 13-cü seçmə oyun idi. Bu göstəricidə almaniyalı Vaqif Sadıqovun vahid liderliyinə son qoyub, ona şərik oldu.
Azərbaycan milli komandasının seçmə mərhələ oyunlarındakı baş məşqçiləri
Vüqar XEYRULLAYEV

| Baş məşqçi | O | Q | H | M | TF | X |
1 | Berti Foqts | 13 | 2 | 2 | 9 | 6-23 | 8 |
2 | İqr Ponomaryov | 10 | 1 | 2 | 7 | 4-17 | 5 |
3 | Şahin Diniyev | 10 | 1 | 2 | 7 | 5-25 | 5 |
4 | Kazbek Tuayev | 5 | 1 | 1 | 3 | 1-10 | 4 |
5 | Əsgər Abdullayev | 6 | 1 | 1 | 4 | 5-15 | 4 |
6 | Əhməd Ələsgərov | 7 | 1 | 1 | 5 | 5-17 | 4 |
7 | Karlos Alberto Torres | 7 | 0 | 2 | 5 | 1-17 | 1 |
8 | Vaqif Sadıqov | 13 | 0 | 1 | 12 | 3-32 | 1 |
9 | Qyoko Hacıyevski | 2 | 0 | 0 | 2 | 1-3 | 0 |
10 | Ağasəlim Mircavadov | 8 | 0 | 0 | 8 | 2-27 | 0 |
Vüqar XEYRULLAYEV
0
0