“Gürcüstan yığması da elə Azərbaycan millisi kimidir”
13.10.2010 - 15:22
Portuqaliyalılar Azərbaycan milli komandasından aldıqları zərbəni unuda bilmirlər. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin bu ölkədə təşkil olunan qrup turnirində meydan sahibləri ilə sensasiyalı heç-heçə edən yığmamız pireneylilərin yaddaşında iz qoyub.
Portuqaliya yığmasının baş məşqçisi Helio Souza bu gün baş tutacaq II turun Gürcüstanla görüşü ərəfəsində verdiyi müsahibədə də ötən turun qarşılaşmasını xatırlayıb. O, millimizlə 2:2 hesablı nəticəni daha çox arxayınçılıqla izah edir: “Artıq ikinci turun Gürcüstanla oyununa tam hazırıq. Bu komanda da ilk matçdakı rəqibimiz Azərbaycana bənzəyir. Belə ölkələrin adı dünya futbolunda çox şey ifadə etmir. Lakin onlar son vaxtlar elə çox inkişaf ediblər ki... Biz isə daha güclü, daha çətin rəqiblərlə qarşılaşmalara köklənmişik. Qarşıdakı oyunlarda qələbə qazanmaqla, növbəti mərhələyə çıxacağımıza şübhə belə etmirik”.

0
0