Sevinmək üçün tezdir
13.10.2010 - 23:05
Türkiyədə aləm qarışıb. Hamı kiçik qardaşdan sillə alan yığma komandanı müzakirə edir. Kimisi baş məşqçi Qus Hiddinki, kimisi futbolçuları, kimisi də işi düzgün qurmadığı üçün futbol federasiyasını.
İlk iki turdan sonra seçmə mərhələdə itkisiz irəliləyən Türkiyə millisi Almaniya yenilgisindən sonra o qədər də tənqid hədəfi deyildi. Necə də olmasa, rəqib dünyanın sayılan-seçilən komandalarından olan Bundestim idi. Həmin görüşdən sonra daha çox tarixi vətəninin komandasına qol vuran Məsut Özil, zədə üzündən oyunu buraxan Arda Turan müzakirə mövzusu idi. Ancaq məhz millimizə məğlubiyyət türkləri ayıldıb.
Doğrusu, şəxsən mən millimizin qələbəsinə ürəkdən sevindim. Düzdü, bizimlə müqayisədə Avro-2012-nin final mərhələsinə yüksəlməyə daha real namizəd olan türklərin məğlubiyyətini istəmirdim. Amma Hakan Şükür, Bülənt Korkmaz, Sərgən Yalçın kimi şəxsiyyətinə hörmət etdiklərimin də daxil olduğu türk media şərhçilərinin bizi çox aşağılaması xətrimə dəymişdi. Məhz buna görə qardaşımızı ayıltmaq, həm də özümüzü sübut etmək üçün Bakıda ən azı uduzmamalıydıq. Belə aşağılayıcı açıqlamalardan futbolçular da qıcıq payını götürmüşdü. Elə bu üzdən onlar birləşib əsl komanda ruhu göstərdi.
İndi Türkiyədə hamı həm də bizimkilərdən danışır. "Əskişəhərspor"da heyətə düşməyən Rəşad Sadıqovun qolundan, kapitanın transfer dəyərindən, digər futbolçularımıza da diqqət göstərməyin vacibliyindən... Deyəsən, ayılıblar, həm də başa düşüblər ki, futbol oynamadan qalib gəlmək olmur. Türkiyənin favorit sayıldığı dönəmlər Terimli, "Qalatasaray"ın qızıl nəslinin top qovduğu günlərdə qalıb. Bakıdakı məğlubiyyət sadəcə, ayılma nöqtəsi olmalıdır. Çünki avrokubokların cari mövsümündə çox uğursuz çıxış edən qardaş ölkə klubları Türkiyədə futbolun “öldüyünü” hələ yayda göstərmişdi.
Türkiyənin xal itkisiylə yanaşı, başqa bir amilə görə də təəssüfləndim. Qorxuram bu qələbə Berti Foqts üçün bonusa çevrilə. Bakıda ilk qələbəsini qazanan alman məşqçi əslində futbolçuların qəzəb və əzmkarlığı hesabına əldə edilən bu uğuru öz adına çıxa. Heç kreslosunda yerini möhkəmlətməyin də əleyhinə deyiləm. Amma bunu təsadüfi uğurlarla yox, həqiqi işlə etsin. Çünki əvvəlki seçmə tsikllərdə də 1-2 sensasiyamız olub. Foqts bu uğurları daimi etsə, ən azı Bakıda Belçika və Avstriyaya yenilməsə, Qazaxıstanı udsa, o zaman hansısa işdən danışa bilərik. Eyforiyaya qapılmağa gərək yoxdu. Təkcə postsovet məkanının özümüz səviyyədə olan ölkələrinə diqqət yetirsək, kifayətdir: Belarus 8, Ermənistan 7, Estoniya, Moldova, Gürcüstan 6, Litva və Latviya 4 xal toplayıb. Deməli, yalnız xalsız Qazaxıstandan öndəyik. Bu isə yaxşı mənzərə deyil.
Millimizə məğlubiyyətdən sonra türklər ayılmaq istəyir. Bəlkə biz də ayılaq? Axı nə etmişik ki? Futbol oynamağı yadırğayan bir komandaya qalib gəlmişik. Bu isə hələ tərəqqi deyil...
CAVAD, “Ekspressfutbol” qəzeti

0
0