Qapıçı dəstəyi
14.10.2010 - 12:10
“Beşiktaş”ın qapıçısı Rüştü Rəcbər Avro-2012-nin seçmə mərhələsinin IV turunda Azərbaycan yığmasına 0:1 hesabı ilə uduzan Türkiyə millisinə dəstək olub. Apasport.az saytının məlumatına görə, “ay-ulduzluların” sabiq üzvü son 2 turda məğlub olduqları üçün ruhdan düşməməyi məsləhət görüb.
1994-cü ildən 2009-cu ilə kimi Türkiyə millisinin heyətində 116 görüşdə meydana çıxan təcrübəli əlcək sahibi uğurların qarşıda olduğunu və komandanın buna nail olacağını bildirib. 37 yaşlı qapıçının sözlərinə görə, bu böhranı yalnız yığmanın futbolçuları birlikdə arxada qoya bilərlər: “Həmişə belə böhranlar birlikdə arxa plana keçirilir. İnanıram ki, tezliklə bunu da aşarıq”.
Qeyd edək ki, Rəcbər 2002-ci ildə Türkiyə millisi ilə birlikdə dünya çempionatının və 2008-ci ildə Avropa çempionatının bürünc medallarına sahib olub.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0