Vuraldan Hiddinkə mesaj: Hər xoruz öz zibilliyində banlayar
14.10.2010 - 12:19
Tanınmış mütəxəssis Yılmaz Vural Türkiyə millisinin baş məşqçisi olmaq istəyir. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın Bakıda uduzmasından sonra Qus Hiddinkin vəzifəsindən çıxarılması gündəmdə olduğu bir vaxtda Vural namizədliyini irəli sürüb.
Hazırda “Kasımpaşa” klubunu çalışdıran Vural iddiasını ortaya qoyub: “Özümü milli komanda üçün hər vaxt namizəd göstərdim. Bu gün də göstərirəm. 57 yaşım var və məşqçiliyin ən yüksək səviyyəsindəyəm. Bunu ölənə qədər istəyəcəyəm”.
Vural Hiddinkə maraqlı mesaj da göndərib: “Hər xoruz öz zibilliyində banlayar. Futbol işi insanla görülür. Siz çalışdığınız futbolçuları tanıya bilməsəniz, bu işi görə bilməzsiniz. Hiddink türk futbolçusunun quruluşunu bilmir”.
Təcrübəli mütəxəssis Bakıdakı məğlubiyyətdən dərhal sonra canlı yayımda yığma karyerasını bitirəcəyini deyən kapitan Əmrə Belözoğlunu da tənqid edib: “Əmrənin milli komandanı buraxacağını sanmıram. Ən yaxşı səviyyəsində yığmanı buraxa bilməz. Bir anda matçı unutduq, Əmrənin şərhinə baxdıq. Şərhi gündəmi dəyişdirdi. Bəlkə də yaxşı oldu. Matçın qabağına keçdi”.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0