İlham Əliyev: Biz milli komandaya inanırdıq
15.10.2010 - 09:28
Azərbaycan prezidenti İlham Əliyev milli komandamızın 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Türkiyə üzərində qazandığı qələbəyə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, dövlət başçısı Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə idmanın, o cümlədən futbolun inkişafından danışıb.
Prezident son Avropa çempionatının bürünc medalçısı ilə görüşdə qazanılan uğuru yüksək qiymətləndirib: “Çox şadam ki, futbolçularımız da nəhayət, uzun fasilədən sonra bizi sevindirdilər. Biz onlara inanırdıq. Komandamız gəncdir və çox böyük əzmkarlıq göstərir. Əlbəttə ki, hələ peşəkarlıq üzərində işləmək lazımdır. Ancaq artıq görürük və sevinirik ki, milli komandamız və klublar beynəlxalq yarışlarda ləyaqətli oyun göstərirlər, özlərini çox ləyaqətli aparırlar. Qələbəmiz, əminəm ki, bizi daha da ruhlandıracaq. Əminəm ki, Azərbaycanda idmanın futbol növü də yüksək zirvələrə çatacaq. Buna vaxt və səbr lazımdır. Əminəm ki, bir neçə ildən sonra futbolçularımız hər bir oyunda azarkeşləri sevindirəcəklər”.
Qeyd edək ki, yığmamız kapitanı Rəşad Sadıqovun Türkiyə ilə oyunun ilk hissəsində vurduğu gözəl qolla 1:0 hesablı tarixi qələbə qazandı.

0
0