Qonşuların dueli və ya liderlərin çətin qərb səfəri
15.10.2010 - 10:48
Azərbaycan yığmasının Avro-2012-nin seçmə mərhələsində rəsmi oyunları ilə əlaqədar Unibank Premyer Liqasında yaranan 2 həftəlik fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, IX turun görüşlərinin yarısı paytaxtda, yarısı əyalətdə olacaq.
Turun mərkəzi matçı “Şəfa” stadionunda AZAL və “İnter” arasında baş tutacaq. Əslində, bu arena “bankirlər”ə məxsus olsa da, “təyyarəçilər” nominal meydan sahibi kimi çıxış edəcək. Qarşılaşmanı eyni zamanda turnir cədvəlində “qonşular”ın dueli kimi də xarakterizə etmək olar. Cari mövsümdə inamlı təsir bağışlayan AZAL qalib gələcəyi halda, 3-cü pilləni son çempionun əlindən alacaq.
Qəbələdə də “qonşular” görüşəcək. Mövsümə ardıcıl 3 məğlubiyyətlə start götürdükdən sonra “uğursuzluq zolağı”ndan çıxmağa özündə güc tapan “Qəbələ” bir pillə qabaqladığı “Muğan”ı qonaq edəcək. Salyanlılar uzun müddət ilk “altılıq”da olsalar da, “Neftçi” və “İnter”ə uduzduqdan sonra mövqeyini əldən verdi. Yenə rəqib meydanında oynayacaq “Muğan” bu dəfə 3 xala sahib olsa, ən azı “Qəbələ”ni geridə qoyacaq.
Son 2 turda inamlı təsir bağışlayan “Bakı”nı bu dəfə asan sınaq gözlədiyindən, xal ehtiyatını maksimum artırmalıdır. Hər halda, MOİK mövsümə pis başlamasa da, son 3 oyunda böyük hesablı məğlubiyyətləri sıralayır. 12 cavabsız top buraxan ordu klubunun baş məşqçisi Ramil Əliyevə son turda “Gəncə”yə 0:5 hesablı məğlubiyyətdən sonra istefa versə də, rəhbərlik bunu qəbul etmədi. “Bakı”nın 4 oyunluq cəzalanan bombardiri Jabasız ilk sınağına çıxacaq.
Turnir cədvəlində ilk 2 pillənin sahibi Qərb bölgəsinə səfər edəcək. “Xəzər Lənkəran” “Gəncə”, “Neftçi” “Turan”ın qonağı olacaq. Tovuzda bütün milli çempionatımızın iştirakçıları görüşəcək. “Neftçi”yə hələ qələbə üzünə həsrət alan “Turan”la oyunda xal itkisi liderliyi yenidən itirmək bahasına başa gələ bilər. Gəncəlilərin xüsusilə son turlarda inamlı təsir bağışladığından, “Xəzər Lənkəran”ı daha çətin sınaq gözləyir. Lənkəranlıların kapitanı, yığmamızın Türkiyə üzərində qələbə qazandığı görüşdə əla təsir bağışlayan qapıçı Kamran Ağayev uzun müddət məcburi istirahət etməli olacaq.
Belə ki, Kamran son turda qırmızı vərəqə almasa da, “Bakı”nın moldovalı futbolçusu Vyaçeslav Sofroniyinə qarşı aşkar kobudluğa görə AFFA-nın İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya olunub. Bu isə onun latviyalı əvəzləyicisi, “Xəzər Lənkəran”ın heyətində cəmi bir oyun keçirən Denis Romanova heyətdə möhkəmlənmək üçün yaxşı fürsətdir. Fasilə müddətində xaricə hazırlığa yollanan yeganə komandamız olan “Xəzər Lənkəran” Antalya toplanışının effektini göstərməlidir.
“Qarabağ” – “Simurq” oyununu maraqlı edən məqam meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovla bağlıdır. Əslən Zaqataladan, oranın futbolunun yetirməsi olan gənc çalışdırıcı doğma bölgənin təmsilçisi ilə görüşə çıxacaq. Onu hələ “Bakı”nı və yığmamızı çalışdırdığı vaxtda yaxşı tanıdığı təcrübəli makedoniyalı həmkarı Qyoko Hacıyevski ilə sınaq gözləyir. “Simurq” əvvəlki mövsümlərdən fərqli iddialılar yox, autsayderlər sırasında olduğu üçün “Qarabağ”a bu dəfə qələbə qazanmaq çətin olmamalıdır.
16 oktyabr
15:00. "Qəbələ" - "Muğan"
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Fuad Həsənov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
16:30. AZAL - "İnter"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Aleksandr Musatkin, Alik Yunusov
Bakı. "Şəfa" stadionu
18:00. "Bakı" - MOİK
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Rza Məmmədov, Feyzulla Feyzullayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
17 oktyabr
15:00. "Turan" - "Neftçi"
Hakimlər: Ceyhun Haşımov, Ramiz Əsədov, İlham Əliyev, Tahir Əhmədov
Tovuz. Şəhər stadionu
15:00. "Gəncə" - "Xəzər Lənkəran"
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Eldar Nağıbəyov, Hacıəli Ağayev
Gəncə. Şəhər stadionu
15:20. "Qarabağ" - "Simurq"
Hakimlər: Elvin Əsgərov, Roman Vasilyev, Elşən Durmuşov, Əfqan Həmzəyev

Mehman SÜLEYMANOV

0
0