Nazim Süleymanov: Biz hətta 3-cü yeri də tuta bilmərik
15.10.2010 - 12:11
Nazim Süleymanov: Biz hətta 3-cü yeri də tuta bilmərik
“Azərbaycan yığması Türkiyə ilə görüşdə çox yaxşı oynadı. Bu, ən əsasdır. Rəqib bizi qiymətləndirmədi və onları buna görə cəzalandırdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının sabiq baş məşqçisi Nazim Süleymanov deyib.

Millimizdə seleksiyaçı-məşqçi kimi də çalışan, hazırda AZAL-ın baş məşqçisi olan Süleymanov rus həmkarlarımıza Avro-2012-nin seçmə mərhələsində Azərbaycan – Türkiyə oyununu şərh edib. Onun fikrincə, vaxtilə kapitanı olduğu yığmamız hətta böyük hesablı qələbəyə layiq imiş: “Onu deyim ki, yalnız 1:0 hesabı ilə qalib gəldiyimizə görə türklərin bəxti gətirdi. Hesab 3:0 da ola bilərdi... Son vaxtlar almaniyalı baş məşqçimiz Berti Foqtsun vəzifəsindən çıxarılacağı ilə bağlı çoxlu söhbətlər gəzirdi. Ancaq fikrimcə, bu qələbə ona postunda qalmağa kömək edəcək. Hesab edirəm ki, Türkiyə Almaniya ilə görüşdə yaxşı oynadı. Axı onların almanlar hesabda 1:0 irəlidə olan zamanı Xəlil Altıntopla yaxşı qol imkanı vardı. Topu qapıdan keçir və hesab bərabərləşəcəkdi... Ümumiyyətlə, fikirləşirəm ki, Türkiyə 2-ci yer uğrunda Avstriya və Belçika ilə mübarizə aparacaq”.

Yığmamızın qrupdakı şanslarını dəyərləndirən Süleymanovun fikrincə, ən yaxşı halda, 4-cü yerə ümid bəsləyə bilərik: “Biz qrupda hətta 3-cü yeri tuta bilmərik. Hələ böyüməmişik. İndi bizə lazım olan reytinq xallarını yığıb, gələn seçmə mərhələnin püşkündə yuxarıda olmaqdır. Hərçənd evdə Türkiyə ildə olduğu kimi oynasaq, hətta Almaniyanın əhvalını pozacağıq”.