Ağ-qara yubiley
15.10.2010 - 14:13
Unibank Premyer Liqasının IX turu “Neftçi” üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Tovuzda “Turan”la keçiriləcək oyun “ağ-qaralar” üçün yubiley qarşılaşmasıdır.
Belə ki, “Neftçi” Azərbaycan çempionatlarının güclülər dəstəsində 500-cü oyununu keçirəcək. İlk matçını 18 il əvvəl Sumqayıtda yerli “Xəzər”ə qarşı keçirən flaqman 500 həddinə çatan ikinci komanda olacaq. Maraqlıdır ki, 1000-i ötən tur yarılayan “Qarabağ” da yubileyini Tovuzda qeyd etmişdi. Göründüyü kimi, “Turan” ardıcıl iki turdur yubilyarlarla görüşür.
Lakin Azərbaycan futbolunun tarixi ərzində olan çoxsaylı qüsurlardan biri “Neftçi”nin bu yubileyinə də təsir edib və onu şübhə altına salır. Söhbət 1992-2004-cü illərdə baş tutan çempionatlardakı saysız-hesabsız əcaib qərarlardan gedir ki, bunlardan biri də yubileyi də “ağ-qara” rənglərə boyayıb.
Haşiyəyə çıxıb, belə biabırçı qərarlardan birini qeyd etməmək olmur. İndiyədək heç bir insan bilmir ki, Azərbaycanda ən çox çempion olan komanda neçə dəfə qızıl medala sahib çıxıb. Söhbət “Neftçi”nin 4, yaxud 5 dəfə qalib gəlməyindən gedir. Eyni sözləri “Qarabağ”ın 1 və ya 2 çempionluğu haqda da demək olar. 1996/97 mövsümünün bərbad əsasnaməsi futbolumuzu ömürlük qaranlığa, futbol tariximizi çıxılmaz “məzara” qoyub. AFFA-nın “Qarabağ”ı, UEFA-nın “Neftçi”ni çempion saymasından sonra lap 100 il keçsə də, həmin titulun sahibi bilinməyəcək: həm bakılılar, həm də ağdamlılar özünü çempion saymaqda davam edəcək.
Bundan sonra heç kim və heç bir qərar “Qarabağ”ın qızıl medalları təhvil verməsinə, “Neftçi”nin Çempionlar Liqasında oynamasının qanunsuz olmasına qərar verə bilməz. Ona görə də heç bir neytral insan (klublara bağlı olanlar və tərəfdarları öz komandalarının çempionluğunu iddia edəcək ki, bu da təbiidir) kimin neçə dəfə qalib gəldiyini bilməyəcək.
Mövzuya qayıdıb qeyd edək ki, “Neftçi”nin oyun sayı da həmin bərbad qərarlardan birinin qurbanlarındandır. 1992-ci ildə iki qrupda baş tutan yarışın I mərhələsində 26 komanda oynamalı idi. Hər qrupda 13 komanda starta çıxsa da, onlardan biri (Nəvahinin “Gənclik” komandası) tez dağıldı və nəticələri ləğv olundu. Final mərhələsi ərəfəsində bütün komandaların hesabında 24 oyun olmalı idi. Lakin “Neftçi” və A qrupunun digər komandaları 22 matça çıxmışdı. Balansı tarazlamaq üçün AFFA bu qrupun hər komandasına 2 oyun, 2 qələbə və 4 xal (o vaxt qələbəyə 2 xal verilirdi) bağışladı. Nəticədə mövsümün sonunda “Neftçi”nin hesabında 36 görüş yazıldı. Hərçənd bunlardan ikisi “hədiyyə” idi. İndi həmin 2 oyunun sayılıb-sayılmamağı da müxtəlif mənbələrdə fərqli qəbul olunur. Lakin virtual oyunları saymamaq daha çox yerdə qəbul olunub. Buna əsaslansaq, “Neftçi” yubileyini Tovuzda qeyd edəcək.
Qeyd: * - ikinci mərhələ, ** - “Qızıl oyun”, *** - çempionat ikinci mərhələnin gedişində yarımçıq dayandırılıb.

№ | mövsüm | oyun sayı |
I | 1992 | 22+12* |
II | 1993 | 18 |
III | 1993/94 | 30 |
IV | 1994/95 | 24 |
V | 1995/96 | 20+10* |
VI | 1996/97 | 30 |
VII | 1997/98 | 26 |
VIII | 1998/99 | 26+10* |
IX | 1999/2000 | 22 |
X | 2000/01 | 20+1** |
XI | 2001/02 | 22+3*** |
XII | 2003/04 | 26 |
XIII | 2004/05 | 34+1** |
XIV | 2005/06 | 26 |
XV | 2006/07 | 24 |
XVI | 2007/08 | 26 |
XVII | 2008/09 | 26 |
XVIII | 2009/10 | 22+10 |
XIX | 2010/11 | 8 |
| CƏMİ | 499 |

0
0