“Qalatasaray” Tuncay Şanlını transfer etməyə hazırlaşır
15.10.2010 - 14:29
“Qalatasaray” qış fasiləsində 2 transfer bombasını partlatmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, “Cim Bom” əzəli rəqibi “Fənərbaxça”ya yaxşı tanış olan Kazım Kazımla Tuncay Şanlının keçidini həll edir.
Ötən mövsüm Fransada icarə əsasında oynayan Kazım “Fənər”ə qayıdandan sonra cari mövsümdə daha çox ehtiyatda qalır. Komandanın baş məşqçisi Aykut Kocamanın güvənmədiyi yarımmüdafiəçi artıq yığmaya da çağırılmır. Bu üzdən Bakıya gəlməyən Kazımı “Qalatasaray”ın hollandiyalı baş məşqçisi Frank Raykaard sərəncamında görmək istəyir. Klub rəhbərliyi futbolçunun müqaviləsi ilə əlaqədar “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımla danışıqlar aparacaq.
Tuncay isə “Fənər”də parladıqdan sonra İngiltərəyə yollansa da, orada işləri yaxşı getmədi. “Stok Siti”nin heyətində cari mövsüm Premyer Liqada oynamayan hücumçu ilin sonunda getməyi qərarlaşdırıb. Ehtiyatda qalması Tuncayın yığma karyerasına da mənfi təri göstərib ki, baş məşqçi Qus Hiddink Bakıdakı məğlubiyyətdən sonra onu qovmağı qərara alıb.
Karyerasını vətəndə davam etdirməyə məcbur olan Şanlı “Fənər”in prinsipial rəqibinə keçməyə etiraz etmir. Yıldırım Tuncayın komandasına qayıda biləcəyini desə də, ona görə təzminat vermək fikrində olmadığı transferi kölgə altına salıb.

0
0