Samir Abasov 20 gün oynamayacaq
15.10.2010 - 15:10
Samir Abasov 20 gün oynamayacaq
Azərbaycan milli komandasının futbolçusu Samir Abasov bu ay bir daha meydana çıxmayacaq. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubu təcrübəli yarımmüdafiəçisinin xidmətindən noyabrda istifadə edə biləcək.

Hələ yığmamızın heyətində Avstriya ilə səfər oyunundan sonra çiynində zədəsi olan Samir bu səbəbdən Türkiyə ilə ev oyununda forma geymədi. Zədəsi ciddi olan Abasov 20 günlüyə sıradan çıxıb. “Qarabağ”ın digər yığma üzvü Andrey Rubinin də zədəsi ilə bağlı problemi var. Ancaq onun zədəsi komanda yoldaşından fərqli ciddi deyil.

Mənbə: qarabagh.com