Həmyerlimiz İngiltərə yığmasının oyunlarına təyinat aldı
15.10.2010 - 15:18
Həmyerlimiz İngiltərə yığmasının oyunlarına təyinat aldı
AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 3-cü qrupunun oyunlarında UEFA nümayəndəsi vəzifəsini icra edəcək. Bu qrupun oyunları oktyabrın 18-dən 23-dək Gürcüstanda təşkil olunacaq.

Qeyd edək ki, bu qrupda meydan sahibləri ilə yanaşı Polşa, İngiltərə və İsveç yığmaları mübarizə aparacaq.

Mənbə: affa.az