“Neftçi” Özbəkistanda futbolçu axtarır
15.10.2010 - 15:24
“Neftçi” Özbəkistanda futbolçu axtarır
“Neftçi” klubunun seleksiyaçı-məşqçisi Bəxtiyar Musayev bu gün Özbəkistana yollanıb. Apasport.az saytının məlumatına görə, Musayev bu ölkədə çempionat oyunlarını izləyəcək.

Onun səfərində məqsəd Özbəkistan çempionatında oynayan səviyyəli futbolçuları qışda “Neftçi”yə transfer etməkdir. Seleksiyaçı məşqçi bu məqsədlə ötən çempionatda Braziliyaya səfər etmişdi. “Neftçi”nin rəsmilərinin bundan sonra Avropa ölkələrinə səfərinə planlaşdırılıb.

“Ağ-qaralar”ın hələ ki Özbəkistanı seçməsi təsadüfi deyil. Belə ki, yayda “Rubin”dən icarəyə götürülən özbək hücumçu Bahodir Nasimovun transferi çox uğurlu alındı. Gənc futbolçu vurduğu 9 qolla nəinki “Neftçi”nin, ümumiyyətlə, çempionatımızın bombardiridir.