Rail Məlikov: Tuncay Şanlı məndən üzr istədi
15.10.2010 - 15:36
“Ayağımdakı gips bu gün açıldıqdan sonra rentgen müayinəsi keçirildi. Məlum oldu ki, topuğumdakı zədə tezliklə sağalmayacaq. Yəni, əzələ bağları tamamilə qırılıb. Bu, sümüyün sınması kimi bir şeydir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Rail Məlikov deyib.
“Neftçi” klubunun kapitanı millimizin heyətində Türkiyəyə 1:0 hesabı ilə qalib gəldiyimiz oyunda Tuncay Şanlı ilə mübarizədə ağır xəsarət alıb. Hələ ilk hissədə əvəzlənməli olan Rail uzun müddətə sıradan çıxıb. İlkin diaqnoza görə, müdafiəçi ən azı 3 həftə oynamamalı idi. Ancaq Məlikov bildirib ki, yaşıl meydana dönüşü gələn ilə təsadüf edəcək: “Bu il oynaya bilməyəcəyəm. Ən yaxşı halda, ay yarımdan sonra yaşıl meydana dönəcəyəm. Onda da yüngül məşqlərlə kifayətlənməli olacağıq. Tam sağalana kimi qış fasiləsi olacaq və komandama mövsümün ikinci yarısında kömək edə bilərəm. Hətta ola bilsin ki, cərrahiyyə əməliyyatı olundum. Ancaq bu, dəqiq deyil. Allahın köməyi ilə əməliyyatsız keçinərik. Gips açılandan sonra ayağıma bandaj qoyulub. Ağrılar var, sərbəst gəzə bilmədiyimdən, çəlikdən istifadə edirəm”.
Noyabrın 17-də Çernoqoriya yığması ilə yoldaşlıq görüşünü buraxacaq Rail növbəti rəsmi oyunu gözləməli olacaq. Bu, gələn ilin martın 29-da Belçika ilə səfər oyunudur. Məlikov onu uzun müddətə sıradan çıxaran Tuncaydan incik deyil: “Bu, meydandakı gərgin mübarizənin nəticəsi idi. Tuncay həmin epizodda aşırma zərbəsi vurdu. O, bu zaman ayağımın üzərinə düşdü və əzələ bağlarım ciddi xəsarət aldı. Şanlı hələ oyun zamanı məndən üzr istədi. Onu oyundan sonra görmədim. Çünki mən hələ görüş gedərkən stadiondan birbaşa xəstəxanaya aparıldım”.
Mehman SÜLEYMANOV

0
0